Faiq QİSMƏTOĞLU: AKOP NECƏ DÖNÜB İSLAM OLDU?!

FAİQ QİSMƏTOĞLU
58551 | 2017-12-22 15:23

… Ötən əsrin 60-cıilləri. Erməni Akop çörək qazanmaq üçün özkəndlərində iş tapa bilmir. Və iş tapsa da, heç ona yaxşı pul verən də olmur. Akopçox düşünür, çox fikirləşir və qərara gəlirki, Füzulinin Bəhmənli kəndinə getsin. Çünki onun dədə-babası da həmişə Akopa demişdiki, oğul, çörək qazanmaq istəyirsənsə, Bəhmənliyə get! O tərəfin camaatı çox ruzili və imkanlı insanlardı.Özü də həmişə bizə əl tutublar…

Akop da çox fikirləşmirvə gəlib çıxır Bəhmənliyə. Həmin vaxtlar Bəhmənlidə yeni-yeni daş evlər tikilirdi. Və bu daş evləri də tikmək üçün usta - bənna, xarrat, suvaqçı lazım idi. Bizim kənddədə bu peşəni bilən az adam vardı. Ən yaxşı halda, hörgü işlərindən Zəkəriyyənin, Məhəmmədəlinin və bir də Nəsir kişinin başı çıxardı.Ancaq onlara da hər adam bir o qədər bel bağlamazdı. Yəni daha çox erməni ustalarınacamaat inanardı. Və bu erməni ustaları da sel kimi gəlib tökülmüşdü Bəhmənliyə…

… Günlərin birindəo Akop da gəlib Bəhmənliyə çatır. Ora baxır,bura baxır, görür ki, balam, burda daş ev tikdirən bir-iki adam var. O bir-iki adamda kəndə erməni ustasının gəldiyini eşidəndə sevinir. Və ən çox sevinən də Akopolur. Kəndin iki imkanlı adamı eyni vaxtda mişar daşından ikimərtəbəli ev tikdirir.Akop işə başlayır və ev tikdirən adam görür ki, sən öl, bu, öz kəndçilərindən dahayaxşı iş görür. Eyni zamanda Akop yaxşı işgörməklə yanaşı, həm də ucuz qiymətə işləyir.

… İki-üç ayın içərisindəAkop camaata qaynayıb qarışır. Hətta heçXankəndinə də qayıtmaq istəmir. Deyir ki, Bəhmənli Xankəndindən daha yaxşıdı. Özümüzünkülərbizə iş gördürürlər, qəpik-quruş verirlər. Pulumuzu verməyə canları çıxır. Ammabu bəhmənlilərə bir balaca iş görürsən, artıqlamasıyla sənə pul ödəyir. Akop yaxşıdülgər idi. Yəni xarratlıq işlərini çox gözəlbilirdi. Elə iş görürdü ki, bizimkilər onun yanında kölgədə qalırdı…

Düz 5 ay Akop Bəhmənlidəqalır. Sonra öz kəndçiləri Joraya, Vazgenə sifariş göndərir ki, nə yıxılıb qalmısınızXankəndində, acından da qarnınız qurulduyur, tez özünüzü yetirin Bəhmənliyə! Jorayla Vazgen dəhəm bənna işlərini bilirmiş, həm suvaq, həm də dülgər. Onlar da başlarını Xankəndindəisladırlar, gəlib Bəhmənlidə qırxdırırlar.

… Beş-altı ayın içərisindəhər iki imkanlı kişinin evini bu üç erməni tikib başa çatdırır. Özü də o qədər səliqəli,o qədər gözəl əl işləri görürlər ki, adam baxanda bir də baxmaq istəyir. Evin döşəməsini,tavanını çox səliqəli vururlar. Və bu döşəmə, bu tavan o qədər gözəl olur ki, azqala boya vurandan sonra ora güzgüyə bənzəyirmiş . Erməni ustalar pulu alanda müəyyənhissəsini geri qaytarıb deyir ki, mən burda sizin çörəyinizi yemişəm, evinizdə qalmışam.Bu da onların haqqı. Ancaq ev tikdirən adamlar bunu qəbul eləmir və deyir ki, bizimcamaat heç vaxt evinə gələn ustaya pulla yemək vermir və yatmağa görə də pul almır.

Akop bir aşagı baxır,bir yuxarı, deyir ki, mən belə camaat birinci dəfə görürəm. O gun Pehruzun dükanınagetmişdim, beş-altı squşonnu aldım, Pehruz da pulu götürmədi. Amma bizim ermənilərolsa, nəinki pulu götürərdi, onu göydə qapardı, üstəlik də bir az çox pul alardı.Vallah, bu müsəlmanlar çox ürəyiyumşaq insanlardı. Allah bunlara ürək yumşaqlığıda verib, ruzi-bərəkət də. Bizimkilər o qədər bədsifət və bədğurdu ki, ruzi də bizdənüz döndərib. Elə imkanım olsa bu kənddə qalıb yaşayaram, o xarabaya dönmərəm…

Akop düz 20 il Bəhmənlininçörəyini yeyib suyunu içir. Hətta kəndin xeyrinə-şərinə gedir. Və camaat da onuyaxın adam kimi qəbul eləyir. Artıq kənddə 50-yə yaxın daş evləri bu erməni ustalarıtikir. Bir gün də Akop deyir ki, mən erməni olsam da, xristianam. Ancaq müsəlmanolmaq istəyirəm. Onu kəndin dəlləyi Möhübbət kişi sünnət eləyir və Akop 40 yaşındadönüb olur müsəlman, adını da qoyurlar İslam. Bu söz-söhbət kəndə yayılanda hamıməəttəl qalır. Deyir ki, balam, bu Akop 40 yaşında necə müsəlmançılığı qəbul eləyib?Akop adını dəyişib İslam adını götürən bu adam da deyir ki, mən istəmirəm ki, əvvəlkidinin ənənələrini yaşadım. İslamdan gözəl heç bir şey yoxdur. Ən gözəl, ən ədalətlidindir. İslam beləcə, uzun müddət Bəhmənlidə yaşayır…

… Bir gün onun dostuJora kənddə ev tikəndən sonra çoxlu pul alır. Və Asifin idarə etdiyi avtobusla BəhmənlidənHoradizə gedir. Günorta avtobusa minməmişdən qabaq möhkəm yeyib-içir. O da araqiçəndə pulları həmişə ona-buna paylayırmış. Avtobusa minir və yarım saatdan sonraHoradizə çatır. Əlini salır cibinə, bir dənə 25-lik çıxarıb verir Asif kişiyə ki,burda olan bəhmənlilərin hamısının pulunu çıx. Asif də pulun qalığını qaytarmaqistəyəndə Jora onu istəmir. Deyir ki, bu pulu Bəhmənlidə qazanmışam. Hansı ki, Xankəndində bizə dolanmağa imkan vermirdilər. İndi düzdü, öz elimə qayıtmaq istəyirəm. Amma bir ayağımgedir, bir ayağım getmir, ürəyim Bəhmənlidə qalır. Çünki yenə öz xarabamıza gediboğraş adamların sifətini görəcəm. Köpəkuşağı elə ancaq özlərini düşünürlər. Xüsusəndə qarnı yekə vəzifəli adamlarımız var ey, pul yığmaqdan, qızıl toplamaqdan gözləridoymur. İstəmirlər ki, onlardan başqa kiminsə dolanışığı olsun. Bir balaca kasıbadam əyninə təzə kostyum geyinəndə ona elə baxırlar ki, elə bil dəvə nalbəndə baxır.Noolub ay köpəkoğlu, sənə hər şey olar, bizə bir təzə paltar da olmaz?! Bax, bizimkilərbelə köpəkuşağıdı…

Akop da, Vazgen də,Jora da düz 80-ci illərin axırına qədər Bəhmənlidə ev tikdilər, çörək qazandılar.Və axırda da vəziyyət çətinləşəndə kənddən çıxarkən ağlaya-ağlaya çıxdılar. Dedilərki, bütün hoqqanı törədənlər bizim kimi kasıbların çörəyinə bais oldular. Onlarındünya nə vecinə?! Bizə Qarabağ lazımdı? Onsuz da biz onların çörəyini deyil, Füzulinin,Cəbrayılın, Qubadlının çörəyini yeyirdik.

… O vaxt Akop da,Vazgen də, Jora da belə deyirdi. İndi bilmirəm onlar sağdı, yoxsa ölüblər? Ammabir onu bilirəm ki, sağdılarsa, Bəhmənlinin çörəyi üçün, ruzisi üçün burunlarınınucu göynəyir. Və aləmi bir-birinə qarışdırıb milləti bir-birinə düşmən eləyənlərinbəlkə də yeddi arxa dönənini söyürlər. Hələ onlar dünyanın yaxşı vaxtında özlərininvəzifə sahiblərini, çörək verməyən imkanlı adamlarını yıxıb sürüyürdülər. Görünindiki durumda Akop, Vazgen, Jora onları neçə dəfə söyür, neçə dəfə qarğış eləyir…

Əgər sağdılarsa,bəlkə bu yazını oxudular, heç olmasa Bəhmənlini yada saldılar. O çörəyi, o duzu,o havanı xatırladılar. Onlardan sonra o sənəti öyrənən çoxlu sayda adamlar oldu.Və bu adamlar da həmişə deyirdi ki, Jora olmasaydı, Akop olmasaydı, Vazgen olmasaydı,çətin ki, bənnalıq, dülgərlik və suvaqçılıq sənətini öyrənə bilərdik. Ancaq erməniermənidir. Onların neçə sifəti var, bunu özləri daha yaxşı bilir. Bir hadisədir,olanları götürüb qələmə aldım. Bilmirəm, buna görə oxucular məni qınayacaq, yoxsaqınamayacaq?! Və yazımın sonunu belə bitirmək istəyirəm: «erməninin pisinə də lənət,yaxşısına da!»…


TƏQVİM / ARXİV