Mark Tven haqqında lətifələr
Məşhur şəxslər həm də haqlarında danışılan əhvalatlar, lətifələrlə yadda qalır. Görkəmli Amerika yazıçısı Mark Tven haqqında da lətifələr var. Onlardan bir neçəsini sizə təqdim edirik.
Bir dəfə Mark Tven anonim bir məktub alır.
Məktub bir sözdən ibarət idi:
"Donuz"
Ertəsi gün Mark Tven öz qəzetində belə bir elan
dərc edir:
- "Mən vaxtaşırı imzasız məktublar alıram,
dünən birinci dəfədirki,
məktubsuz imza aldım"
***
Mark Tven öz huşsuzluğu ilə məşhur idi. Bir dəfə
o qatarda gedərkən kupeyə nəzarətçi daxil olur.
Mark Tven biletini axtarmağa başlayir,ciblərini
eşələyir,lakin tapa bilmir.Axırda,yazıçını
üzdən tanıyan nəzarətçi deyir:
-Eybi yoxdur, narahat olmayın, mən geri
qayıdanda göstərərsiniz.
Tapmasanız da eybi yoxdur, xırda məsələdir...
Mark Tven etiraz edir:
-Bunun nəyi xırda məsələdir, əgər bu lənətə gəlmiş
bileti tapmasam,hara getdiyimi bilməyəcəm.
***
Mark Tvendən soruşurlar: -Atanın sözündən
çıxdığın yadına gəlirmi?
- Gəlir,gəlir...bir dəfə atam mənə nəsihət verib
möhkəm tapşırdı ki, əxlaqsız yerlərə getməyim.
Mən onun sözündən çıxdım, getdim və onun özünü
birinci sırada oturmuş gördüm.
***
Özünün redaktoru olduğu qəzetdə Mark Tven birisi barədə çox sərt bir məqalə
dərc edir.
Məqalə bu sözlərlə qurtarır:
-"Cənab N. hətta üzünə tüpürülməyə də layiq
deyil"
Cənab N. təbii ki əsəbləşir və qəzeti məhkəməyə
verir. Tələbi də bu olurki, redaktor təkzib versin vəüzr istəsin. Məhkəmənin qərarını yerinə
yetirərək ,növbəti məqalələrin birində Mark Tven belə bir təkzib verir:
-" Biz keçən nömrəmizdə yazmışdıq ki, Cənab
N. hətt üzünə tüpürülməyə də layiq deyil. Biz səhvimizi etiraf edərik və sözümüzü geri götürürük, Cənab N. üzünə
tüpürülməyə layiqdir."
***
Bir dəfə dostlarından biri Mark Tvendən borc pul götürür və qaytarmaq
vaxtı ilə bağlı belə deyir ki, əgər ölməyib sağ qalsam gələn ayın bu vaxtına qədər
qaytaracağam .Lakin deyilən vaxtda ondan sonra daha bir ay da keçir
lakin puldan səs-soraq olmur. Belə olduqda Mark
Tven qəzetdə həmin adamla bağlı məqalə dərc edir:
"Dərin hüzünlə, əzizimiz Harri Dunkanın ölümü ilə
əlaqədər onun yaxınlarına başsağlığı verirəm.
O filan vaxtı məndən 500 dollar borc almışdı və
alanda bildirmişdiki, əgər ölməyib sağ qalsa düz bir aydansonra qaytaracam. Əziz dostum Harri
Dunkan həmişə öz vədinə sadiq,sözübütöv olduğu üçün indi qətiyyən heç bir şübhə
yoxdurki, o məhz dünyasını dəyişdiyi üçün bu pulu bu qədər vaxtda çatdıra bilməyib.
Allah rəhmət eləsin...!”
Bütün şəhər bu elana gülür və "rəhmətlik”
tapılır, Tven öz pulunu alır.