warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Mark Tven haqqında lətifələr Adalet.az | Mark Tven haqqında lətifələr Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Mark Tven haqqında lətifələr

34645    |   2018-10-11 12:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məşhur şəxslər həm də haqlarında danışılan əhvalatlar, lətifələrlə yadda qalır. Görkəmli Amerika yazıçısı Mark Tven haqqında da lətifələr var. Onlardan bir neçəsini sizə təqdim edirik.

Bir dəfə Mark Tven anonim bir məktub alır.

Məktub bir sözdən ibarət idi:

"Donuz"

Ertəsi gün Mark Tven öz qəzetində belə bir elan dərc edir:

- "Mən vaxtaşırı imzasız məktublar alıram, dünən birinci dəfədirki,

məktubsuz imza aldım"

***

Mark Tven öz huşsuzluğu ilə məşhur idi. Bir dəfə o qatarda gedərkən kupeyə nəzarətçi daxil olur.

Mark Tven biletini axtarmağa başlayir,ciblərini eşələyir,lakin tapa bilmir.Axırda,yazıçını

üzdən tanıyan nəzarətçi deyir:

-Eybi yoxdur, narahat olmayın, mən geri qayıdanda göstərərsiniz.

Tapmasanız da eybi yoxdur, xırda məsələdir...

Mark Tven etiraz edir:

-Bunun nəyi xırda məsələdir, əgər bu lənətə gəlmiş bileti tapmasam,hara getdiyimi bilməyəcəm.

***

Mark Tvendən soruşurlar: -Atanın sözündən çıxdığın yadına gəlirmi?

- Gəlir,gəlir...bir dəfə atam mənə nəsihət verib möhkəm tapşırdı ki, əxlaqsız yerlərə getməyim.

Mən onun sözündən çıxdım, getdim və onun özünü birinci sırada oturmuş gördüm.


***

Özünün redaktoru olduğu qəzetdə Mark Tven birisi barədə çox sərt bir məqalə dərc edir.

Məqalə bu sözlərlə qurtarır:

-"Cənab N. hətta üzünə tüpürülməyə də layiq deyil"

Cənab N. təbii ki əsəbləşir və qəzeti məhkəməyə verir. Tələbi də bu olurki, redaktor təkzib versin vəüzr istəsin. Məhkəmənin qərarını yerinə yetirərək ,növbəti məqalələrin birində Mark Tven belə bir təkzib verir:

-" Biz keçən nömrəmizdə yazmışdıq ki, Cənab N. hətt üzünə tüpürülməyə də layiq deyil. Biz səhvimizi etiraf edərik və sözümüzü geri götürürük, Cənab N. üzünə tüpürülməyə layiqdir."


***

Bir dəfə dostlarından biri Mark Tvendən borc pul götürür və qaytarmaq vaxtı ilə bağlı belə deyir ki, əgər ölməyib sağ qalsam gələn ayın bu vaxtına qədər qaytaracağam .Lakin deyilən vaxtda ondan sonra daha bir ay da keçir lakin puldan səs-soraq olmur. Belə olduqda Mark Tven qəzetdə həmin adamla bağlı məqalə dərc edir:

"Dərin hüzünlə, əzizimiz Harri Dunkanın ölümü ilə əlaqədər onun yaxınlarına başsağlığı verirəm.

O filan vaxtı məndən 500 dollar borc almışdı və alanda bildirmişdiki, əgər ölməyib sağ qalsa düz bir aydansonra qaytaracam. Əziz dostum Harri Dunkan həmişə öz vədinə sadiq,sözübütöv olduğu üçün indi qətiyyən heç bir şübhə yoxdurki, o məhz dünyasını dəyişdiyi üçün bu pulu bu qədər vaxtda çatdıra bilməyib.

Allah rəhmət eləsin...!”

Bütün şəhər bu elana gülür və "rəhmətlik” tapılır, Tven öz pulunu alır.





İmza:Eminquey
SON XƏBƏRLƏR
2019-05-25
2019-05-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK