adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

İctimai nəzarət

ƏDİLZADƏ ƏDİL
213179 | 2017-12-22 12:07

Birköhnə sovet maşınım var. 3 gün mən onu, 3 gün o məni "minir”. Yerdə qalan 1günü isə razılaşırıq... Dostlar israr edir ki, sat, dəyiş, ancaq nəsə bu təkliflərlərazılaşmıram. Onu da deyim ki, Bakıda gəzmədiyim usta yanı qalmayıb. HəttaBakı-Sumqayıt yolunda mənim üzümdən dəfələrlə tıxac yaranıb. Yəqin bu yazıdansonra Bakı-Sumqayıt yolundan istifadə edənlər sosial şəbəkələrdən və digərvasitələrdən istifadə edərək mənim nə vaxt işdən çıxacağımı öyrənib planlarınıona görə qurmalı olacaqlar. Əl qərəz sözüm maşında, tıxacda və mənim üzümdənyolda artıq benzin yandıran vətəndaşlarımızın keçirdikləri hisslərdə deyil...

Bugün ictimai nəzarət deyilən bir mexanizm haqqında hamı ağız dolusu danışır. HəttaMilli Məclisdə, İctimai sektorda, eləcə də KİV-lərdə də bu məsələyə tez-teztoxunulur. Araşdırmalar isə göstərir ki, vallah, bu mexanizm bizdə olsa da heçcürə işləmir. İşləsə belə mənim maşınım kimi, 3 gün işləyir, 3 gün yox.

Bu günlərdə maşına lazım olan avadanlığıalmaq üçün üz tutdum bazara. Bazarda deyilən qiymət münasib olsa da nədənsə müsəlmanlığımtutdu. Dedim, bəlkə rayonlarda ucuz olar, yolum düşəndə baxaram. Bir müddətdənsonra yolum Şirvan şəhərinə düşdü. Orda həmin avadanlıq 2 dəfə baha qiymətə təklifolunsa da, məcbur olub aldım. Yoxsa geriqayıdanda yolda qalacaqdım. Düzdür, qiymətə görə satıcı ilə çox çənə-boğazoldum. Ancaq farslar demiş, çifayda?! Satıcı iddia edir ki, vergi, digərinstansiyalar yoxlamaya gəlir. Onu yola sal, bunu qarşıla – xərclərimiz çoxçıxır. Ona görə də, məhsulun qiyməti budur. Sonda isə "alırsan al, almırsanalma” məşhur ifadəsi. Satıcının bu sözlərinə qarşılıq bircə onu deyə bildim ki,ilahi ictimai nəzarət. Nədir bu nəzarət? Çoxları elə bilir ki, ictimai nəzarətdeyəndə hökmən burda dövlətin bir barmağı olmalıdır. Yox qardaşım. İctimai nəzarətsənin öz daxilində olan nəzarətdir. Yəni sən fərd olaraq bu kimi yerliişbazların hərəkətlərinə göz yummamalısan. Bu sahə üzrə fəaliyyət göstərənaidiyyatı qurumlar var. Onların qaynar xəttləri fəaliyyət göstərir. Ora müraciətedə bilərsən. Eyni zamanda sosial şəbəkələr var ki, vallah, KİV-ləri üstələyib.Orda yayılan məlumat ildırım sürəti ilə ünvana çatır. Maşallah bütün qurumlarınnümayəndələri də bu sosial şəbəkələrdən istifadə edirlər. Bir kəlmə statusyazmaq bəs edər ki. problem ictimailəşsin. İndi sual oluna bilər ki, bəs sənhansı addımlar atdın? Mən artıq bu məsələ ilə bağlı aidiyyatı qurumlara müraciətetmişəm. Cavab gözləyirəm.

Yeri gəlmişkən, bəlkə elə satıcı da haqlıymış,bəlkə həqiqətən əlavə xərcləri çox çıxır. Onda bu ictimai nəzarət elə onun özünədə lazımdır.

Buarada bir müddət öncə nazirliklərdə Apelyasiya Şuraları yaranmışdı. Aradan keçənmüdət ərzində bu şuraların heç bir fəaliyyəti gözə dəymir. Nə qədər şikayətvar, bu şikayyətlərdən nə qədəri araşdırılıb və nəticə nədir? Güman olunur ki, sözügedən şuralara müraciətedənlərin sayı azdır. Çünki, bəziləri hələ də ora necə müraciət etməyi beləbilmir. Və ya müraciət etsələr belə nəticələrini görmür...



TƏQVİM / ARXİV