ANA SƏHİFƏ / TEXNOLOGİYA

Facebook 25 ölkədə vergi ödəyəcək

19719    |   2017-12-22 10:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Facebook sosial şəbəkəsi öz ofislərinin mövcud olduğu ölkələrdə yerli satış strukturlarını yaratmaq qərarına gəlib.

Vergilər Nazirliyinin Media və Kommunikasiya MərkəzindənModern.az-a bildirilib ki, qurumun maliyyə direktoru Deyv Venerin sözlərinə görə, şəbəkə reklamlardan gələn bütün gəlirlərindən yerləşmə əsasında vergi ödəmək əvəzinə, vergiləri bu ofislər vasitəsilə ödəyəcək. Bununla da reklamlardan gələn gəlirlər dünyanın 25 ölkəsində vergiyə cəlb olunacaq.

Facebook bu qərara digər texnologiya nəhəngləri ilə birlikdə vergi planlaşdırılması vasitəsilə vergidən yayınmaqda ittiham olunandan sonra gəlib. "Biz hesab edirik ki, yerli satış strukturu bütün dünyada hökumətlər və siyasi dairələr üçün onların ölkələrindəki satışlarla bağlı şəffaflığı tam təmin edəcək”, -deyə Vener bildirib.

Onun fikrincə, bu qərarın həyata keçirilməsi əhəmiyyətli həcmdə resurs tələb edir. Buna baxmayaraq, şirkət vergi məsələlərində gələcəkdə problemlə üzləşməmək üçün təminat yaratmaq məqsədilə yeni "billinq” sisteminin tətbiqini mümkün qədər çalışır.

Yeniliklərə 2018-ci ildən başlanılması və 2019-cu ilin birinci yarısında bu prosesin tam başa çatdırılması gözlənilir.




İmza:
SON XƏBƏRLƏR
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK