adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Dekabr 2017 00:02
44027
GÜNÜN LƏTİFƏSİ
A- A+

GÜNÜN LƏTİFƏSİ

Özündənrazı bir cavan gedir axundun yanına. Deyir:
- Axund, mən ölümdən heç qorxmuram.
Axund da qayıdır ki:
- Yaxşı eləyirsən övladım. Ölümdən niyə qorxasan ki, canı verən də Allahdı, alan da.
- Axund, ölümdən qorxmuram, amma məni düşündürən bir şey var.
- Nədir övladım?
- Axund, mən qadınlara çox vurğunam. Deyirəm mən öləndən sonra o dünyada qadınlarla nərdtaxta-filan oynaya biləcəm?
Axund əsəbiləşir, amma birtəhər özünü sakitləşdirib deyir:
- Övladım, sən sabah gəl. Bu gecə bir oxuyum, öyrənim, görüm o dünyada qadınlar nərdtaxta oynayır, yoxsa yox.
Özündənrazı cavan səhər gəlir:
- Axund, nooldu öyrənə bildin? O dünyada qadınların nərdtaxta oynayıb-oynamamasından xəbər var?
- Var övladım, var. Həm də iki xəbər var.
- Nədi, bir az tez söylə.
- O biri dünyada hamı nərdtaxta oynayır. Özü də qadınlar kişilərlə oynamaqdan ləzzət alır. Kefində ol! Bu birinci xəbərdi.
Cavan sevincək soruşur:
- Bəs ikinci xəbər nədi?
- Sabah o biri dünyada nərdtaxta çempionatı keçirilir. Bu gecə gəlib səni aparacaqlar ora.