DİNLƏYİCİSİ OLDUĞUM MÜSAHİBƏ

ƏBÜLFƏT MƏDƏTOĞLU
53578 | 2017-12-21 18:03

Söhbət "Həyatdüşüncələri”ndən gedir

Elə söz varki, onu deməmək olmur... yazmamaqmümkünsüzdür. Yəni həyati zərurətdir. Elə söz də var ki, onu demək, yazmaqgünahdı, qəbahətdi. Və bir də elə söz də var ki, onu dinləmək, onu oxumaq bir könülrahatlığıdı, keçmişə səyahətdi, gələcəyə təzə tər baxışdı...

Bax, bu dediyimməqamların hər biri təbii ki, hər kəsə məlumdu. Amma mən söz barəsində dediyimsonuncu məqamı daha çox qəbul edirəm. Sözün rahatlıq gətirməsini, insanın iç dünyasınıqanadlandırmasını və bir də kino lentinə çevrilməsini həmişə arzulayıram. Eləbu yazını da həmin o duyğuyla, o istəklə, o arzuyla yazıram. Çünki barəsindədanışacağım əl boyda bir kitab məni bu ovqatda kökləyib. Və çox maraqlıdır ki,bu kitabın ön sözü də, redaktor deyimi də, rəyçi düşüncəsi də həmin o sözün içərisindəelə qaynayıb qarışıb ki, sanki hamısı bir biçimdə, bir çəkidədi. Və ...

Öncədənxatırladım ki, barəsində danışdığım əl boyda kitabın içərisindəki ilk yazını, yəni "Həyat düşüncələri"adlı müsahibəni mən mətbuatdan oxumuşdum. Və onu kitab halında görəndə öncədüşündüm ki, yəqin təkrar oxumağa ehtiyac olmayacaq. Amma günlərin birində bukitab yenə məni özünə çəkdi. Bunun da səbəbi eşitdiyim bir deyim oldu. Söhbət əsnasındadostlarımdan biri vurğuladı ki, professor Qəzənfər Paşayevin "Seçilmişdüşüncələr"ini gözdən keçirəndə bir söz diqqətimi çəkib. O söz də belədi:

- Yaradıcı insanüçün ən böyük nöqsan böyük sərvət olan vaxtı itirməkdir!

Bəli, bu söz mənimiç dünyamda bir əks-səda yaratdı və öz-özümə düşündüm. Doğurdanmı biz vaxtın nəyəsərf olunduğunu, necə ötdüyünü bu qədər laqeydcəsinə izləyirik. Nədən itənvaxtın ömürdən getdiyini, mənasız sərf olunduğunu düşünmürük və yaxud bunuanlamırıq. Axı, itən hər anın içərisində nəsə etmək, nəsə yaratmaq, nəsə yazmaqvə bütövlükdə çox primitiv bir şəkildə desəm, kiminsə əlindən tutub qaldırmaqolar. Deməli, biz bütün bunları etmək üçün öncə vaxtın çəkisini, necə deyərlər,vəznini, qiymətini özümüz üçün dəqiqləşdirməliyik. Onu edə bilsək, sonda heçbir bəhanə bizə imkan verməyəcək ki, vaxt boşa getsin, düşüb itsin, ayaqaltında qalsın...

Hə, bax,dostumun dilindən eşitdiyim həmin o kəlamdan sonra mən yenidən qayıtdım "Həyatdüşüncələri"nə. Və başladım dəyərli qələm dostumuz, şair-publisist Vaqif Bəhmənliyləprofessor Qəzənfər Paşayevin müsahibəsini təkrar oxumağa. Elə bu yerindəcə mütləqvurğulamalıyam ki, bu müsahibənin sualları da, cavabları da ayrı-ayrılıqda mükəmməl bir yazıdı. Çünki suallarbir-birinin ardınca elə düzülüb ki, orda zamankəsiyi də, suallarda qoyulan məsələlər də sanki Qəzənfər Paşayevin bütünhəyatının oxucu üçün maraqlı olacaq çalarlarını naxışlayır. Və hər sualındavamı Qəzənfər Paşayev dünyasını vərəqləmək imkanı verir. Bax, elə professoruncavabları da bu sualların işığı altında həmin o həyatı uşaqlıqdan, gənclikdənüzü bu günə qədər bizim üçün özünəməxsus bir tərzdə, həm də səmimi və şirin birüslubda oxucuya sanki rəng verir. Və bir az da çılpaq söyləsəm, o müsahibə mənimQəzənfər Paşayevin dilindən dinlədiyim, eşitdiyim söhbət idi.

Mən "Həyatdüşüncələri"ni dinlədikcə tam səmimietiraf edim ki, elə detallarla qarşılaşdım ki, onlar barəsində ilk dəfəeşidirdim. Və digər bir məqam da o idiki, Qəzənfər Paşayevin çox güclü yumoramalik olduğunu onun verdiyi cavablardan aydın bir şəkildə duydum. Və bu da mənimovqatımı o müsahibənin içərisindəki müəyyən ağrılı anların içərisindən birişığa bürünüb keçməyə imkan verdi. Üstəlik,bu müsahibənin içərisində mən Qəzənfər Paşayev üçün zaman anlayışını dünən, bugün və sabah nöqtələrinin yox, yaşanmış nöqtələrinin altından bir qırmızı xətt çəkmək imkanı qazandım. Aydın şəkildə gördümki, professorun həyatında olanlar onunüçün bir uzadılmış əl, qeybdən gələn səs, uzaqda yanan işıq kimi önəmli rollaroynayıb. Və ən maraqlısı da odur ki, həmin insanlar Qəzənfər müəllim kimitarixin arxivinə verilməyib. Onlar bu gün də onun yanındadılar. Eləcə də bu günonun yanında olanlar da həmin o dünəndənbaxanların yanındadılar. İstər söhbət ədəbiyyat adamlarından - Rəsul Rzadan, SəmədVurğundan, Süleyman Rüstəmdən getsin, istər ədəbiyyatşünas, şair, alim, şairHüseyn Kürdoğlundan, istər yazıçı İlyas Əfəndiyevdən, Süleyman Rəhimovdan, istər Anardan, Elçindən,Vaqif, Yusif Səmədoğullarından... Bütün bunların hamısında Qəzənfər Paşayevdüşündüyünü, qəlbində olanı, yaddaşına yazdığını tam səmimi bir şəkildə dilə gətirir.Eyni zamanda onun barəsində söhbət etdiyi insanların hamısı bizim anımızın,yaşadığımız günün, bütövlükdə isə söhbətin iştirakçısıdır... O, heç kimin barəsindəkeçmiş zamanda danışmır! Oxuduqca hiss edirsən ki, həyatın reallığı, faktın özüilə eynilik təşkil edir. Və sevinirsən ki, Qəzənfər Paşayevin yaddaş kitabı buxalqın aydınlarını öz içində yaşadır.

Və nəhayət, bumüsahibəyə mən bir də ona görə bu qədər bağlandım ki, burada sözlə həyat, şəxsiyyətləyaşam, gerçəkliklə xatirə bir-birinin içindədi, bir-birini öz boyuna, öz bədəninəbiçilmiş bir şəkildə geyinib ortaya çıxıb. Nə qədər baxsan da bu geyimdəqüsurlu bir yer tapa bilmirsən. Təbii ki, bunun da minnətdarlığı Qəzənfər müəlliməvə bir də Vaqif Bəhmənliyə çatır.



TƏQVİM / ARXİV