adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Dekabr 2017 16:47
57387
MÜSAHİBƏ
A- A+

Rəssamları küçəyə atırdılar… - MÜSAHİBƏ

Rəssamlıq sənətinin Azərbaycanda ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış "Qobustan" qaya təsvirləri, Kəlbəcər rayonunun "Ayıçınqılı" və "Pəriçınqıl" dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda, "Gəmiqaya" dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustan qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri həkk olunub.

XX əsrin 90-cı illərində Azərbaycan Respublikasının müstəqilliyi şəraitində milli mədəniyyətin, o cümlədən təsviri sənətin inkişafında yeni mərhələ başlanıb. N.Qasımov, M.Tağıyev, S.Haqverdiyev, T.Cavadov, F.Xəlilov, A.İbrahimov, B.Maratlı, N.Rzayev, Ə.Əsgərov, U.Haqverdiyev və b. rəssamlar boyakarlıq janrında orijinal tablolar yaradıblar.

Azərbaycan rəssamlığı görkəli adlarla bağlıdır, onlar - Əzim Əzimzadə (karikaturalar), Səttar Bəhlulzadə (realist və impressionist üslubları ilə cəkilmiş gözəl mənzərələr), Tahir Salahov (sərt üslüb), Toğrul Nərimanbəyov (romantik əsərlər, Azərbaycan folkloru və miniatürla bağlı dekorasiyalar, divar rəsmləri və illüstrasiyalar), Mikayıl Abdullayev (portret silsiləsi) və başqalarıdır.

Rəssamlığın əlifbasını "Əzim Əzimzadə” adına texnikomda öyrənmiş Nizami Atakişiyev də istedadlı rəssamlardan biridir. Nizami bəyin ən yaxşı müəllimi Lətif Feyzullayev olub. Elə əlifbasını da o öyrədib. Tiflis Akademiyasındakı gürcü müəllmlərinin adları yadımdan çıxsa belə, onları unutmayıb.


Adalet.az rəssam Nizami Atakişiyevlə müsahibəni təqdim edir.

-Modelyani deyir ki, rəssamlar Tanrıya bənzəyir ancaq can verə bilmir. Siz necə öz əsərlərinizə can verə bilirsiz?

-Can vermək olmur. Yalnız ruhunu ifadə edə bilərsən. Bəzi rəssamlar buna misaldır: Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov. Bunun izahını vermək çox çətin məsələdir. Rəssamlıqda bu illuziyaya bənzəyir. Yəni gərək özün qarşılaşasan. Biz kimik ki?! Canı Allah verir. Biz Tanrının yerdəki oxşarlarıyıq. Tanrı ilə fərqimiz odur ki, biz bənzətməyə çalışırıq, O isə yaradır.


-Bildiyimə görə, Tiflisdə təhsil almısınız. Hansı müəllimlər sizə rəssamlığın əlifbasını öyrətdi?

-Rəssamlığın əlifbasını "Əzim Əzimzadə” adına texnikomda öyrənmişəm. Lətif Feyzullayev ən yaxşı müəllimim olub. Elə əlifbasını da o öyrədib. Tiflis Akademiyasındakı gürcü müəllimlərinin adları yadımdan çıxsa belə, onları unutmuram. Mənə çox şey öyrətdilər. Rəssamlıqda üç əsas tələb var: rənkgarlıq, rəsm, kompozisiya. Gürcü dostlarımla onların doğum günlərini qeyd edərdik. Yığışıb rəssamlıqla bağlı söhbətlər edərdik. Onlarla maraqlı, yadda qalan günlərim olub.


-Peyzaj çəkməyi sevirsiz?

-İşim-gücüm elə peyzaj çəkməkdir. (gülür) Peyzaj mənzərə deməkdir. Təbiətdən olduğu kimi götürülür. Daha çox maddi cəhətdən zəif olanlar bu janra üstünlük verir. Yəni mənim kimi rəssamlar... Peyzaj janrında natirmot və mənzərəyə üstünlük verirlər. Rəssamlar süjetli tablolar işləməlidir. Məişət problemləri ucbatından rəssamlar "kopya” edirlər. Sovet vaxtı Azərbaycan Bədii Fondu deyilən kombinat vardı. Ora sifarişlər gəlirdi, oranın kim üzvü idisə sifarişləri götürüb işləyirdi. Daha sonra komissiya işlərə baxır və yaxşı olmasa səhvlərini deyirdilər. Çəkdiyin rəsmin üzərində yenidən işləyə bilirdin. İndi isə sərbəstsən. Heç kim sənə qarşımır. Belə olan halda rəssamlıq da kölgədə qalır. Bizim camaat daha çox fotonu sevir. Əsl sənəti başa düşmürlər. Əgər fotonu olduğu kimi işləyirsənsə, onu bəyənir və alırlar. Gəlir az olduğundan rəssamlar ona görə müəllim işləyirlər. Rəssamlar İttifaqının üzvüyəm. Sərgi açmaq istəsəm onlar hər zaman sərgi salonunu pulsuz təşkil edirlər.


-Dünya rəssamlarından yaradıcılığını və əsərlərini izlədiyiniz varmı?

-Dünya rəssamlarından daha çox intibah dövrünün rəssamları Leonardo Da Vinçi, Mikallencelo, Rafael El Dreko, Rembrand böyük rəssamlardır. Leonardo Da Vinçinin "Mono Liza” əsəri ən sevdiyimdir. Deyim ki, rəssam onun dodaqlarını çəkmək üçün ömrünün 12 ilini sərf edib. Da Vinçinin çəkdiyi rəsmlər bununla kifayətlənmir.


-Tiflisdə oxuduğunuz vaxt bildiyimə görə, siz tibbi kitablarla maraqlanırdınız. Bu yaradıcılığınıza nə qazandırırdı?

-Tələbəlik vaxtlarımda dünya görüşümü artırmaq üçün tibbi və fəlsəfi kitablar oxuyurdum. Onları oxumaq yaradıcılığıma böyük təsir göstərir. Ən çox da fəlsəfə ilə maraqlanırdım.


-Sonra Bakıya gəldiniz və evləndiniz. Gəlin açıq bir sual verim. Ailə yaradıcılığa mane olurmu?

-Sovetin vaxtına qədər yaxşı yaşamışam. Sovet dağıldıqdan sonra rəssamların hamısını küçəyə atdılar. Mənim yaradıcılığıma maddi cəhət mane olur. Hər bir yaradacı inana ailəsi əngəldir. Gərək arxanda küllü miqdarda pulun olsun ki, ailən rahat olsun. Sən də öz işlərini rahat gör.


-Daha çox hansı üsluba üstünlük verirsiniz?

-Daha çox avanqard üslubda çəkirəm. Bütün üslublar xoşuma gəlir, "kopirovka”dan başqa. Kombinatda işləyəndə bütün rayonlarda əsərlərim vardı. Sifarişlərim çox olurdu. Mənim işlərim daha çox naturmort və mənzərələrdir.


-Son vaxtlar gənclər natirmot janrına üstünlük verirlər. Siz özünüzdə uşaq hazırlayırsınız, dərslər keçirsiniz. Nə vaxtsa onların arasından Səttar Bəhlulzadə, Mircavad Cavadov, Toğrul Nərimanbəyov çıxacaqmı?

-Bizim Rəssamlıq Akademiyası və "Əzim Əzimzadə” kolleci tamamilə korlanıb. Tələbələrə "kopya” eləməyi öyrədirlər. Bədiiliyi tamamilə itiriblər. Uşaqları tamamilə sənət baxımından şikəst edib buraxıblar. Onlar yalnız "kopya” edirlər ki, pul qazansınlar. Yəni sənəti öyrətmirlər. Ancaq Gürcüstan məktəbi elə deyil. Mənim tələbələrimdən gələcəkdə Tahirlər, Səttarlar yetişəcək. Mən tələbələrimə xaltura öyrətmirəm. Akademiya isə öyrədir.


-Aha...

-Bir dəfə Səttar Bəhlulzadənin yanına getdim. Dedi nə işlərin var? Dedim nə işləyim? Böyük rəssamımız dedi ki, yerdən daş götür. Yəni sözümün qayəsi odur ki, əsas məsələ mövzu deyil, onu necə işləyirsən, necə təsvir edirsən.


Rəssamı bir cümlə ilə necə ifadə edərdiniz?

-Rəssam ətrafı fırçası, şair, yazıçı sözü, musiqiçi isə səsi ilə təsvir edir. XIX əsrin sonlarında yaşayan fransız rəssamı Sezan deyib ki, mən bir almaya bütün dünyanın xarakterini verə bilərəm.



Söhbətləşdi: Oğuz Ayvaz