Çöplü xalq təbabətimiz

NİCAT NOVRUZOĞLU
64706 | 2017-12-20 17:40

Üzr istəyirəm.Özüm də bilmirəm niyə üzr istəyirəm. Amma belə görmüşəm. Övladdan danışanda üzristəyərlər.

Üzr istəyirəm,övladımın hərarəti, yəni qızdırması yüksəlmişdi...

Hər övlad sözünüoxuyanda əvvəl üzr istədiyimi nəzərə alın zəhmət olmasa.

...Bu yüksəklikfasiləsiz davam etməsi ilə yanaşı həm də müddəti çoxalırdı. Artıq 4 gün idi ki,qızdırma ipə-sapa yatmırdı. Dərmanlara tabe olmurdu. Zəmanə elə gətirib ki, adibir xəstəlik də bu gün dərmanlardan güclüdür. Onlar dərmanlara çox gec məğlubolur. Bəzən də heç məğlub olmur. Sadəcə itir, bir müddət sonra yenə peyda olur.Virusdu deyirlər.

Xülasə, buqızdırma elə bir vəziyyət yaratdı ki, türkəçarə və bir də artıq hər birimizinadlarını əzbər bildiyimiz dəvalar kömək etmirdi. Axırı üz tutdum poliklinkaya.Adı rus dilində olduğundan bir az ümid yaradır poliklinika.

Övlada 3 dərmanıqatışdırıb "smes" vurdular. Müalicə metodu olmasa da qızdırmanısoyutmalı idi bu "smes". Tibbimizin bacısı gedin 15 dəqiqəyə qızdırma düşəcək desə dəpoliklinikada oturub gözləməyi qərar verdim. 30 dəqiqədən sonra yenə vəziyyəteyni idi. "Smesi" də qızdırmışdı qızdırma. Tibb bacısınınbaxışlarında bir acizlik hiss edilirdi. Çünki dərmandan o tərəfini görmürdü.

Təlaşımı hiss edəndigər tibb bacısı uşağa diqqətlə baxıb sakitcənə pıçıldadı: "apar bunuçöpçüyə". Hər zaman tibbin müasir nümayəndələrindən çöpə gülüncləyanaşıldığını ekranlardan seyr etdiyimdən bir az şübhəli qaldım onun əlacolacağına. Amma yaşlı tibb bacısı uşağın üz cizgilərindən çöpü qaldığınıbildirib bizi yolladı çöpçüyə.

Çöpçü tapmaq çətinolmadı. O çöpçünü əksəriyyət tanıyır. Məşhurdu paytaxtda. Deyilən ünvanaçatanda acığı elə bildim ki, burda nəsə rəsmi tədbir var. Çöpçünün qapısı önündə"AA" seriyalı maşınlar olduğundan bu qənaətə gəldim. Ammayaxınlaşanda məlum oldu ki, yox bunlar da çöpçüyə gəlib. Həm sevindim, həm dəsıxıldım. Sevindim ona gör ki, "AA" burdadırsa, deməli, bu çöpçü çöpləbacarır. Sıxıldım ona görə ki, "AA"-nın üz tutduğu yerdə mən çöpboyda cibimlə çöpçünün yanında pərt olmayacam ki...

Bu sıxıntınıözümə təsəlli verə-verə bir az içimdə sıxışdırıb qalxdıq çöpçünün qəbuluna.Çöpçünün qəbulunda çöplü var idi.

Bir az keçməmişçöplü qəbuldan çıxdı. Açığı, çıxanın bazburutlu və yekəqarın birisi olduğunugörüb elə zənn etdim ki, çöplü bu deyil. Yəqinnəvəsini gətirib, ürəyi dözməyib çıxıb çöldə gözləyir. Amma bubazburutlu oranı tərk etdi. Və içəridən növbəti çöplünü səslədilər. Bu bizidik.

Çöpçü uşağınburnunu üfürdü. Ovcuna gilas tumu, bir də balaca kağız parçası düşdü.

Kağıza yox,gilasa yanıb töküldüm. 2 manatlıq gilas al, sonrada filan qədər ver çərdəyiniboğazından çıxartdır.

Çöpçü işinibitirəndən sonra "indi qızdırması düşəcək" dedi. Narahatçılığımızı və çöpçüyə birinci səfər üztutduğumuzu hiss etdiyindən bizə yergöstərdi.

Fürsət idi. Yekəqarınlamaraqlanmaq lazım idi. Artıq nə qızdırma, nə gilas tumu, nə də kağız parçası mənimaraqlandırmırdı. İndi beynimi didən ancaq o yekəqarının gəlişinin məqsədi idi.

"O kişinində çöpü qalmışdı?" - deyə çöpçüyə tərəf gözlərimi döydüm. Çöpçü gülümsəyərək"hə" dedi.

-O yaşda adamda çöp qalar?

-Niyə qalmır ki, hər yaşda qalar. Bundan yaşlılarda da qalır.

-Nəçıxdı onun boğazından?

-Heçnə.

Çöpçününbu cavabından təəccübləndim.

-Necəyəni heç nə? Çöpü yox idi?

-Varidi. Elə çöp idi ki, onu nə qədər üfürsəm də çıxası deyildi.

-Bəsneyniyəcək?

-Nəbilim. Yəqin vulkanizasiyaya gedəcək.

Açığıbu vulkanizasiyanı ciddi qəbul etmişdim ki, çöpçünün gülüşündən anladım ki,zarafat edir. Növbəti cümləsi isə, ümumiyyətlə, maraqlı oldu: "Bunlarınboğazında qalanı çıxartmaq bizlik deyil. Zopaşeydi".

Çöpçü uşağınboğazını bir də yoxladı. Uşağın gözünə işıq gəlmişdi. Qızdırma yox idi. Artıqalnında soyuq tər də vardı. Tibbimiz qəbul etmədiyi çöpçü, tibbimizin edə bilmədiyini5 dəqiqəyə etdi.

Bayaqkı sıxıntıməbəs imiş. İndi ancaq sevinirdim. Nə yaxşı, elə yeyirik ki, boğazımızda qalandada çıxartmaq üçün bir çöpçü kifayət edir.


TƏQVİM / ARXİV