adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Dekabr 2017 17:46
19864
ELM VƏ TƏHSİL
A- A+

Xalq Cumhuriyyətinin 100 illiyinə həsr edilmiş müsabiqə

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan müsabiqə keçiriləcək.

Adalet.az xəbər verir ki, bununla bağlı AMEA Rəyasət Heyətinin bugünkü iclasında qərar qəbul edilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan Cümhuriyyəti - 100" adlı elmi əsərlər müsabiqəsi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və AMEA tərəfindən təşkil olunacaq.

O bildirib ki, məqsəd ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli Sərəncamından irəli gələn layihələrin icrasını təmin etmək və gəncləri yeni elmi araşdırmalara cəlb etməkdir.

Müsabiqənin 35 yaşa qədər gənc tədqiqatçılar arasında keçirilməsi nəzərdə tutulur.