Uğursuz Tacir Şahmalıoğlu, uduzmuş Əli Mirəliyev

EMİNQUEY AKİF
62404 | 2017-12-20 15:26

"İlkbaxışdan sevmək”. Elə bu yazımın ilk cümləsi necə olsun deyə düşünürdüm. Axı,"ilk”lərhəmişə həyati önəm daşıyır. Məsələn, əksər hallarda açıb oxuduğun kitabda ilkcümlə səni ya cəlb eləyir, ya da kitabı bağlayıb qırağa qoymağına səbəb olur.Elə götürək Kafkanın çevrilməsini. Təxminən belə idi ki, "Zamza bir səhər oyanıb böcəyə çevrildiyini gördü”. Hə, bu ilk cümləadamı necə tutmaya bilər? Və yaxud da Ramiz Rövşənin o şeiri necə başlayır?

"Təkcə gücsüzlüyündən
yıxılmır, atam balası,
Arabir gücündən yıxılır adam...”

Hə, şeiradamı öz içinə dartır, gücündən yıxılırsan ki, görəsən, bu kişi nə demək istəyir.Əgər filmə birinci dəqiqələrindən baxmamısansa sonrakı hadisələr maraqlı gələ dəbilər, gəlməyə də. Amma sən hansısa vacib epizodları itirə bilərsən. Lap eləgötürək Adəmlə Həvvanı. Onlar bizim ilkimiz olublar bu dünyada. Ona görə də illərdirilk insanlar haqqında əhvalatlar, fərziyyələr uydurublar, şeirlər yazıblar,hekayələr yazıblar. Elə yazıçı Mark Tven"Adəmin gündəliyi, Həvvanın gündəliyi”ni yazan kimi. Bunları sadalamaqda məqsədimvar. Düzdür, Mark Tven də, Kafka da, Ramiz Rövşən də və bu kimi digər adlarınısadalaya biləcəyim şəxsiyyətlər bundan sonra yazacaqlarımdan qat-qat ayrı mərtəbədədir.Amma belə məsləhətdir.

İndi keçəkmətləbə. Bəs, bizdə niyə hər şey tərsinə baş verir? Niyə bizim sənətkarlarhay-küylə gəlib səssiz-səmirsiz çıxıb gedirlər? Məsələn, kim? Götürək, qızılfondda "Bayatı şiraz” da kiçik improvizə ilə qalan Tacir Şahmalıoğlunu. Adam cəmi-cümübir improvizə ilə kifayətlənib. Düzdür, janr fərqi olsa da, yaşca kiçik olsa damənim üçün müğənni İradə İbrahimova Tacirdən bütöv sənətçidir. Ən azı on dənəmahnı saymaq olar ki, İradə bu musiqiləri oxuyub, möhürünü vurub. Yənimusiqimizə ən azı on gözəl musiqi bəxş edib. Bəs, Tacir? Onun improvizəsinin məşhurlaşmağıda bizim Qarabağ adlı yaramızla əlaqəlidir. Yoxsa elə effekt verməzdi. Amma işorasındadır ki, bu improvizənin heç ona məxsus olmağı da sual altındadır. Buyaxınlarda onun müəllimi Murad Rzayev müsahibəsində müzakirələrə səbəb olanfikir söyləmişdi ki, "Onu məşhurlaşdıran da mənim "BayatıŞiraz” muğamında etdiyim improvizə oldu, tarixə də mənim adımla düşüb”.Tacirlə Murad müəllim arasında inciklikdə Tacirin bunu inkar etməyi olmuşdu. Tacir deyirdi ki, mənim səsimin batmağınaMurad Rzayev səbəb olub. Bəs, yaxşı, səsin batmamışdan əvvəl niyə oxuduğunmahnılar o effekti vermədi, sevilmədi, tanınmadı? Mən düşünürəm ki, Tacirin buuğursuzluğu onun istedadsız olmağı ilə yox, özünü toya qurban verməyi ilə əlaqəlidir.Hay-küylə gələn adamlar özlərini ya içkiyə, ya eyş-işrətə, ya da banallığaqurban verdiyinin az şahidi olmamışıq. Misallarımın bir-birinə dəxli olmaya bilər,amma mahiyyət eynidir.. Məsələn, repçi Hüseyn Dərya var idi. O dövr üçün onunoxuduğu rep böyük partlayış idi. Bəs, sonra nə oldu? Başı hərləndi, qurbanaçevrildi və bir də ayağa qalxa bilməyi, özünə gəlməyi çətin oldu. Onsuz dabizim cəmiyyətdə də bir dəfə yıxıldınsa, vəssalam.

Hə, qayıdaq Tacirə. İndi Tacir də onun kimi. Səsinbatmağı bəhanədir. Səsin batmağı Akif İslamzadəninki kimi olur.Sadəcə, böyükbir uğur əldə edib, ad qazanıb, sonra "əvvəl sən ada işləyirsən, sonra ad sənə”şüarıyla tənbəlləşmək deyək buna. Özünü toy mahnılarına qurban vermək, sənətinibayağılaşdırmaq. Elə indi də sənətə qədəm qoyanların əksəriyyəti böyük səs-küyləgəlib sonra çevrilib olurlar toy müğənnisi. Bir misal da çəkim, bəlkə daha daaydın olar dediyim. Bir neçə il bundan qabaq mavi ekranlarda Əli Mirəliyevgöründü. Onu tənqid elədi, bunu tənqid elədi. Hətta təhqir də edirdi. Ki, sənətbelə olmalıdır, elə olmalıdır. Həmişə də "Yaraşaydım” mahnısı ilə çıxırdı efirə.O mahnı ki, yeni eramızdan qabaq lentə alınıb, səs 30 yaşın səsidir, adamınyaşı əllini keçib. Sonda nə oldu? Bizim bu Əli müəllim ARB kanalında səhərverilişlərinin birində ikinci, üçüncü dərəcəli aparıcı kimi görünməyə başladı.Hətta deyərdim ki, onun orada işi aparıcılıq yox çalınan musiqilərətullanıb-düşmək, arada replika tullamaqdır. Yəni Əli Mirəliyev bütün tənqid elədiyiadamlara uduzdu. Özü də belə biabırçı şəkildə.

Hə, indi siz deyin, haqlı deyiləmmi?!

Ki, əslində biz adamları çox şişirdirik. İstedad mənimüçün tükənməyən bir şeydir. İstedad tükənmir, sadəcə sən tükənirsən. Özünüinkişaf etdirməsən başqa nə edə bilərsən axı?! Məncə, tükənməkdən yaxşı cəzaola bilməz insana. Yadıma bir lətifə düşdü:

Bir kişi inəkçilikdənxeyli pul qazanmışdı. Hacı olmaq üçün Məkkəyə gedirdi. Dənizin ortasında kişi gəminingöyərtəsində soyunub paltarını dəyişdirirdi.
Sən demə, gəmidə bir meymunoynadan da varmış.Onun meymunu gəzə-gəzə gəlib inəkçinin yanından keçəndə onun həmyanını (pul kisəsibərkidilən kəmərini) götürüb gəminin doruna dırmaşır.


Meymun dorun başında dayanıb dişi-dırnağı ilə həmyanıyırtıb qızılları çıxarır və birini gəmiyə, birini dənizə atmağa başlayır. Gəmidəolanlar istəyirlər ki, dora dırmaşıb həmyanı meymundan alsınlar. Südçü maneolub deyir:


- Dəyməyin, meymun lap yaxşı bölür. Pulun yarısımənim, yarısı da suyundur, çünki ömrüm boyu südə su qatıbsatmışam, ona görə də öz cəzamdır, çəkirəm.



TƏQVİM / ARXİV