adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Dekabr 2017 17:01
20868
ŞOU-BİZNES
A- A+

Tarkandan xanımına 100 min dollarlıq jest

Müğənni Tarkan həyat yoldaşı Pınar Tevetoğluna Yeni il hədiyyəsi edib.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda xanımı ilə Almaniyada olan sənətçi orada alış-veriş zamanı Pınaraqolbaq və sırğa alıb.

Bildirilir ki, müğənninin"Tiffany&Co”dan aldığı brilliant qolbağın dəyəri 66 min dollar, yaqut sırğanın dəyəri isə34 min dollardır.

Tarkan Almaniyada yaşayan xanımının valideynləri və qohumlarını da unutmayıb. Xanımının ailəsinəmüxtəlif hədiyyələr bağışlayan meqastar bir daha özünü onlara sevdirib.

Qeyd edək ki, ifaçı bu il yeni albomlarından, reklamlardanvə verdiyi konsertlərdən 13 milyon dollar qazanıb. O, Yeni ildə Kiprdə verəcəyi konsertdən isə bir gecədə 340 min dollar alacaq.