Aqil ABBAS:Səyavuş Sərxanlını tanımayan jurnalist

AQİL ABBAS
75843 | 2017-12-21 17:36

Bir Səyavuş Sərxanlıvardı. Əslində yenə var, ruhən aramızdadı. Şeirləri ilə, publisistikası ilə, xatirələriilə. Tanrı ondan heç nə əsirgəməmişdi. Boy-buxun,qızqaytaran gözləri, hətta Alen Delonun həsəd apara biləcəyi bir kişi gözəlliyi, kişi yaraşığı. Səmimiyyəti,zarafatcıllığı öz yerində. Ömründə xəyanətinnə olduğunu heç vaxt bilmədi. Özü yaxın dostu tərəfindən xəyanətə uğradı,amma özü heç kimə xəyanət etmədi. Sədaqətli dost idi.

Qeyri-adi publisistikasıvardı. Heç kimə bənzəməyən. 70-80-ci illərdə qələmləri heç kəsə bənzəməyən Nüsrət Kəsəmənli idi, TofiqAbdin idi, Seyran Səxavət idi, İsi Məlikzadə idi, Möhübəddin Səməd idi, Şahmar Əkbərzadəidi və təbii ki, Səyavuş Sərxanlı idi. Və biz gənc qələm sahibləri onlardan öyrənərdik. Onlarla görüşüb çay içməyi də özümüzə şərəf bilərdik. Həmin çaysüfrələrində də söhbət təbii ki, ədəbiyyatdan,incəsənətdən gedərdi və bu söhbətlər də bizə elə yazıları kimi maraqlıidi və elə bu söhbətlərdən də nəsə öyrənirdik. Və bir də bunların bir xasiyyətivardı gənclərə çox diqqətli idilər. O vaxt gənclər üçün mətbuatda çap olunmaq kosmonavt olub Aya uçmaq kimi bir şey idi. Və bu adlarını sadaladıqlarım gənclərin Aya uçmağından ötəri hətta baş redaktorları ilə davada edirdilər. Bu gün Azərbaycanda imzasıtanınan çox məşhurlara dayaq durmuşdular. Və elə içi mən qarışıq.

İntizarla gözləyirdikki, «Ulduz» jurnalı nə vaxt çıxacaq, Səyavuş Sərxanlının yeni bir yazısınıoxuyacağıq. «Qobustan» jurnalının köşklərdə altdan satılanvaxtları idi, «Ulduz»un da 80-100 min tirajla çıxan vaxtı. İkicə gün geciksəntapa bilməzdin. Səyavuş Sərxanlının «Ulduz»dabir rubrikası da vardı: «Ölüm sevinməsin qoy». Bu rubrika altında yazdığı yazılarda Səyavuş adamın ciyərini çəkib çıxarırdı.Amma bilmirəm Səyavuş haqq dünyasına qovuşanda onun haqqında da belə bir yazı yazdılarmı? Səyavuşun həmin yazıları bir ailəyə yox, bir nəsilə təsəlli idi. Bu rubrika altında əsasən həyatdanvaxtsız getmiş istedadlı, qeyri-adi adamlar haqqında yazardı. Özü də həyatdan vaxtsız getdi, özü də çox istedadlıvə qeyri-adi bir şəxs idi. Əzrayıla çox meydanoxudu deyin, sonda Əzrayıl ondan öz intiqamını aldı.

Bu yazını niyə yazdım?Jurnalistikamıza, ədəbiyyatımıza çox istedadlı gənclər gəlir. Adam sevinir. Ammabaxırsan bu gənclərdə çox çatışmayan şeylərdə var. Bunlar müasir dünya ədəbiyyatınıoxuyurlar – Markesdən başlayıb Murakamidə qurtarırlar, Kafkadan başlayıb Nitsşedə.Çox gözəl.

Bəxtiyar Vahabzadənin «Yağışdan sonra» adlı bir pyesi var. Ata fəxrlə deyir ki, mənim qızım «Nyu-York tayms»ıoxuyur. Önündəki adam da qayıdır ki, «Azərbaycangəncləri»ni də oxuya bilirmi? Yəni söhbət burda«Azərbaycan gəncləri» qəzetindən getmir, yəni şair onu demək istəyir ki,barı, Azərbaycan dilində bilirmi?

Dünya ədəbiyyatınıbilmək çox gözəldi. Amma öz ədəbiyyatını, klassiklərini oxumamaq, bilməmək çox pisdi.

Qəzetimizdə iki istedadlıgənc çalışır: Sübhan Mahmudov və Oğuz Ayvaz. Zəhmətkeşuşaqlardı. Oğuz Ayvazla söhbətimi çatdırım. Bir gənc kimi şairliyinə söz ola bilməz, yaşıdlarının içindəöndə gedənlərdəndi. Jurnalist kimi də qələmi pis deyil.

- Oğuz, Mirzə Cəlili oxumusan?

-Poçt qutusun.

-Bəs, felyetonların?

-Xeyr.

-Haqverdiyevi oxumusan?

-Xeyr.

-Üzeyir bəyi oxumusan?

-Xeyr.

-Bəs, Sabiri necə?

-Bir az.

-Publisist olmaq istəyirsən də?

-Bəli.

-Səyavuş Sərxanlını tanıyırsan?

-Xeyr, o kimdi?

-Görkəmli publisistdi, görkəmli şairdi.

-İlk dəfə eşidirəm.

-Oğul, Mirzə Cəlili oxumamısan, Haqverdiyevi,Üzeyir bəyi, Əli bəyi oxumamısan. SəyavuşSərxanlını tanımırsan, Tofiq Abdini tanımırsan,səndən əjdaha publisist çıxacaq!

Deyəsən, son zamanlaroxumağa başlayıb.


TƏQVİM / ARXİV