adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Dekabr 2017 13:11
22406
ŞOU-BİZNES
A- A+

Könül Xasıyevanın səhhəti yenidən pisləşib

Xalq artisti, tanınmış xanəndə Könül Xasıyevanın səhhəti yenidən pisləşib. O, yaxın günlərdə xəstəxanaya yerləşdiriləcək.

Adalet.az xəbər verir ki, bu barədə AzVision.az-a Xalq artisti özü məlumat verib. O, vəziyyətinin yaxşı olmadığını deyib.

"Bir müddət ağrılarım səngimişdi. Ayaqlarımda və belimdə yenidən ağrılar baş qaldırıb. Ağrılar o qədər şiddətlənib ki, evdə qala bilmirəm, xəstəxanaya yerləşdiriləcəyəm".

Xalq artisti maddi durumunun da yaxşı olmadığını söyləyib: "İşləmirəm, gəlirim yoxdur. Məni bütün hallarda sağlamlığım maraqlandırır. Qalanları boş şeydir. İndi bacılarım yanımda qalır. Onlar mənə qulluq edirlər”.

Qeyd edək ki, xanəndə uzun müddətdir onurğa iflicindən əziyyət çəkir.