“ƏSA” Teatrı “Siçanlar və adamlar” tamaşasını təqdim edib
"ƏSA” Teatrı Opera və Balet Teatrında tamaşa təqdim edib. Con Steynbekin "Siçanlar və adamlar” əsəri əsasında səhnələşdirilən tamaşanın nümayişində ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta səfirliyin teatra göstərdiyi maddi və mənəvi dəstəkdən məmnun olduğunu bildirib. Səfir qeyd edib ki, təqdim olunan tamaşa Amerika teatrlarının klassikasıdır. O, fiziki əngəlli insanların çoxluq təşkil etdiyi teatrın da digər insanlar kimi cəmiyyətə töhfə vermə və mədəniyyəti zənginləşdirmə potensialına sahib olduğunu diqqətə çatdırıb.
Rejissor Nihad Qulamzadə teatr haqqında geniş məlumat verib, teatrın yarandığı gündən üzləşdiyi problemlərə diqqət çəkib.
Daha sonra səhnə əsəri təqdim edilib. Tamaşanın baş prodüseri Nicat Qulamdır. Səhnə əsərində rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Orxan Adıgözəl, Riyad Sultanov, Səmayə Ağayarova, İmran İqbalıyev, Günay Məmmədova və Fərid Əliyev canlandırıblar. Layihədə multimedia işlərini Eltac Zeynalov həyata keçirib.
Digər Xəbərlər
18 Aprel 2024 13:05
“Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında - VİDEO
18 Aprel 2024 12:0899 hər zaman 99-dur,100 deyil!
18 Aprel 2024 09:47Xalq artisti: "Qarabağı cənnətə çevirəcəyik" - VİDEO
17 Aprel 2024 18:30Baba Mahmudoğlu: Ceyran bala - VİDEO
17 Aprel 2024 17:55