adalet.az header logo
  • Bakı 16°C
10 Fevral 2020 08:55
58549
MARAQLI
A- A+

Dünyanın ən böyük kitabxanasına malik otel

Portuqaliyanın Obidos bölgəsindəki The Literary Man otelini ziyarət etməyə qərar verdinizsə deməli, siz ən yaxşı oxucusunuz. Bu oteldə 50 mindən çox kitab tapa bilərsiniz. Dünyada hər nə qədər belə ədəbiyyat konseptli mehmanxanalar olsa da The Literary Man oteli onların içində ən böyük kitabxanaya malik olan oteldir.

2015-ci ildə qurulan otel, dünyanın ən yaxşı oteli olaraq tanınmağa başlayıb.

Kitabların ingilis dilində olduğu oteldə kitabların sayı gündən-günə artmaqdadır.

Kitablar otelin demək olar ki hər yerində istifadə olunur. Salon başda olmaqla bütün otaqların divarları, xüsusilə yaşayış otağı, 30 yataq otağı, bar və hətta köhnə şərab zirzəmilərini də əhatə edir.

50 min sayı olan kitabların içində romanlar, hekayələr, şeirlər, yemək kitabları da var. Bir sözlə hər cürə kitab tapa bilərsiniz.

Əgər oteldə tam sizə uyğun bir kitab tapmısınızsa və oteldə qaldığınız müddətdə oxuyub bitirməmisinizsə kitabın pulunu ödəyib, alıb evinizə apara bilərsiniz.

The Literary Man dünyanın ən nəhəng kitabxana konseptli mehmanxansı deyil, amma dünyanın ən böyük kitab kolleksiyasına malik mehmanxanasıdır.

Bu oteldə bir gün qalmağın qiyməti 90 dollardan başlayır.