BAKlYA AVTOBUS GƏLİR

NİCAT NOVRUZOĞLU
49412 | 2017-12-18 16:53

Ogün olsun tramvay, trolleybus da gəlsin

Ölkəyəbir xeyli avtobus gətiriləcək. Nə az, nəçox. Deyilənə görə, 350 ədəd. Uzunluğu da göz oxşayacaq. Deyilənə görə, 18metr.

Sevindim.Hər uğurumuza sevindiyim kimi. Nə yaxşı ki, bizim paytaxtımıza avtobus gəlir. Sakinlərimizin bir yerdən başqa yerinə getmək üçün avtobusgözləyərkən itirdikləri vaxt azalacaq.350 avtobus az rəqəm deyil. Vaxtımız itməyəcək.

18 metr də elə-belə metr deyil. Bizim küçələrdə bu 18metrlik abtobusların necə hərəkət edəcəyini fikirləşmək çətindir. Amma görünüro yuxarıda oturanlar ordan aşağı baxanda küçələrimizdə 18 metrlik avtobuslarındövr edəcəyi yerlərin çox olduğunu görürlər. Ən azından bizdən yaxşı görürlər.Axı biz o hündürlükdə oturmamışıq. Ona görə də mübahisə etməyə dəyməz.

Biz heç o vaxtıda mübahisə etmədik. O vaxt ki, o hündürlükdə oturanlar paytaxtımıza baxıbgördülər ki, bu şəhərin küçələrində dəmir reys üzərində hərəkət edən tramvaylar,dəmir ipdən sallanan trolleybuslar hərəkət edirlər. Baxdılar küçələrimizə,ölçdülər, biçdilər və qərar verdilər ki, yığışdırmaq lazımdır bunları.

Məhv etdiktramvayı, trolleybusu. Əvvəllər belə söz var idi - bir sinif kimi. Bax birsinif kimi məhv etdik tramvay və trolleybusları. O qədər operativ məhv etdikki, bir də gözümüzü açıb gördük ki, bu nəqliyyat vasitələri artıq yoxdur. Biraz da günah bizdədi. Axı niyə gözünü yumursan ki, bir də açanda görəsən ki nəsəyoxdu. Elə gözü açıq yaşa da.

Trolleybusda,tramvayda bir göz qırpımında atıldı tarixə. O tarixin adı şanlıdı, şanlısızdı,onu zaman göstərməli idi. Və bu zaman da yavaş-yavaş yetişir. Zamanın biraz yetişmiş vaxtlarını dərdikcə görürsənki, tramvay, trolleybus bizə avtobusdan çox lazım imiş. Niyə? Ən azından onagörə ki, ekologiya baxımdan təmizdir.

Ekologiyada eləbelə şey deyil. Gərək imkanın çatdıqca təmiz saxlayasan. Və ya təmizləyəsən.Ağacların kəsildiyi, binaların ucaldığı, əhalisinin günbəgün artdığı,avtomobillərinin sayının durmadan çoxaldığı bir şəhərdə tramvay, trolleybuskimi ekoloji baxımdan sərfəli olan nəqliyyat vasitələrinin yaşaması vacib idi.

Onlar"sovet qalığı" adı altında damğalananlardan oldu. Köklü-budaqlıçıxardıb köklərini kəsdilər. Elə sovetdən gələnlər məhv etdi onları.

Sonra bizbaşladıq Avropaya, dünyaya səfərlər etməyə. Dünyanın ən gözəl şəhərlərini gəzdik.Ən gözəl şəhərlərində şəkillər çəkdirdik. Ən gəzməli yerlərini gəzdik. Və baxıbgördük ki, bu ölkələr "sovetin qalığından" qurtula bilməyiblər. Hələdə trolleybusda, tramvayda gəzirlər. Kliplərində, filmlərində tramvaya minirlər,trolleybusdan düşürlər.

Dedik biz dəinteqrasiya edək bu trolleybuslu, tramvaylı ölkələrin nəqliyyat siyasətinə. Məlumoldu ki, o siyasəti buraya gətirmək üçün gərək o yerindən çıxarılmış dəmirreyslərin yerinə təzədən reys qoyaq, o dəmir iplərin yerinə təzədən ipbağlayaq, o tramvay və trolleybuslardan təzədən alaq. Baho, bu, bir 18 metrlikavtobusun içi boyda pul elədi ki.

Yox, bu bizə sərfetməz. Neynirik ey, tramvayı, trolleybusu? Bizə ekologiya lazımdı?

Ən yaxşısı 18metrlik avtobusdu. Xətti yox, ipi yox. Hara istəsən sür.



TƏQVİM / ARXİV