adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Mehman CAVADOĞLU:DAŞQALAQ

MEHMAN CAVADOĞLU
108384 | 2017-12-19 10:22











"Kim günahsızdırsa,birinci daşı o atsın” – deyə İsa Məsih pozğunluqda ittiham edilən qadını azğınlaşmış fariseylərin daşqalağından xilasedir.

"Silərsən gözündənaxan yaşları,

Öpüb əzizlərsən sən o daşları.

Deyərsən: "Sağ olun, qan qardaşlarım,

Məni təzə daşa kim qonaq eylər?!” 

– deyəRamiz Rövşən həmvətənlərinin daşqalağına sinəsini açan Əbülfəz Elçibəyin Vətənvə Xalq sevgisinə heç vaxt silinməyəcək poetik möhür vurur.

"Aman Allah, bu necə daş?

Bundan ki süd iyi gəlir.

Düyünlənir gözümdə yaş,

İçimdə ümid göyərir.” 

– deyə RaisaQolubeva adlı bir əyalət müəllimi isə əksinə, daşqalaq edənləri və atılandaşları vəsf eləyir.

Çünki bu daş birbaşqa daş idi.

Gertruda Platays xatırlayır: "Jalanaşgölünün sahilində barak düzəltmək üçün qamış yığırdıq. Birdən qamışlıqdan bir dəstəqoca kişi və balaca uşaq çıxdı. Qonşuluqdakı Janaş kəndinin sakinləriydilər.Yaşlıların əmriylə uşaqlar bizi daşlamağa başladılar. Bu mənzərə konvoylara çoxləzzət elədi. "Görürsünüz, sizi təkcə Moskvada yox, burdakı aullarda yaşayanuşaqlar da sevmirlər” – deyə bizi ələsalmağa başladılar. Bütün müsibətlərə rəğmən uşaqların bu hərəkətinə heç cür tabgətirə bilmirdik, bu çox ağır zərbəydi – mənəvi zərbə. Çoxdan qurumuş gözyaşlarımız sel kimi axıb tökülürdü. Bolşevik təbliğatı bu insanları bizə – heçbir günahı olmayan zavallı məxluqlara qarşı əsl düşmənə çevirmişdi”.

Bəli, yerli əhalinin belə münasibəti hərgün üzləşdikləri çoxsaylı fiziki, seksual, psixoloji işgəncə və zorakılıqlardanhəyat eşqini və enerjisini tamamilə itirmiş məhbusların bəzən insanın özündən dəsonra ölən ümidlərini də birdəfəlik məhv eləyir. Onlar az qala özləriningünahkar olduqlarına inanmağa başlayırlar. Təhqir, mənəvi zərbə məhz buna görəbütün digər işgəncələrdən daha qəddar, daha amansızbir sosial fenomendir...


Qzaxstanın Akmol vilayəti. Yayı 40 dərəcə isti, qışı 40 dərəcə soyuq keçənbu yerlər ilin əksər vaxtlarında küləkli olur, boran, çovğun tüğyan eləyir.Qışda qardan, yayda toz-torpaqdan və sürü kimi ora-bura uçuşan həşəratlardangöz açmaq olmur. 1938-ci ildə burda Qaraqanda İslah Əmək Düşərgəsinin 17 saylıxüsusi qadın düşərgəsi salınır. 1953-cü ilə kimi fəaliyyət göstərən düşərgədə əsasənrepressiyaya məruz qalmış ziyalıların, dövlət və hökumət məmurlarının arvadlarıvə digər ailə üzvüləri cəza çəkirdilər. Bu düşərgə el arasında vətən xainlərininarvadlarının Akmol düşərgəsinin (Акмолинский лагерь жён изменников Родины) ruscaabbreviaturası olan ALJİR kimi ekzotik bir adla məşhur idi.

Sovet həbs düşərgələrində məhbusların çəkdikləriməşəqqətlər haqqında çox yazılıb, çox deyilib, müxtəlif filmlər çəkilib,televiziya verilişləri hazırlanıb. Odur ki, ALJİR-in dəhşətləri haqqında uzun-uzadı danışmaqla məlumatlıoxucuları yormaq fikrində deyiləm. Sadəcə olaraq, A. Soljenitsinin "ArxipelaqQulaq” əsərində sözü gedən üç "ada”dan biri olan Qaraqanda İƏD-in tabeçiliyindəkibu konslagerdə yatanların günahsızlığını və çəkdikləri zülmləri göstərən iki mənasız,mənasız olduğu qədər də tükürpədici epizoddan da yan keçmək olmur.

Adi, savadsız bir kəndli qızı niyətutulduğunu öz məhbus yoldaşlarına belə nəql edir:

"Müstəntiq üstümə qışqıra-qışqıra dedi ki,sənin ərin traktorçudur. Mən də dedim ki, yox, o, briqadirdir”. Sən demə, müstəntiq"Trotskiçidir” deyib və ömründə belə bir adamın adını eşitməyən zavallıqızcığaz bunu traktorçu kimi başa düşüb.

Başqa bir məhbusunxatirələrindən: "Bir dəfə bizə alma qələmləri əkdirirdilər. 600-dən çox qələm əkmişdik.Balaca qələmlərin qabığı yşumşaq olduğu üçün dovşanlar onları gəmirib yeyirdi.Konslagerin rəhbərliyi dedi ki, əgər bircə dənə qələm zay olub sıradan çıxsasizi güllələyəcəyik. Məcbur olub öz çörək payımızı tikə-tikə doğrayıb qələmlərindibinə qoyurduq. Beləcə özümüz ac qala-qala bağı birtəhər yaza kimi qoruyubsaxlaya bildik. Çörəyə öyrəşən dovşanlar daha qələmlərə toxunmurdu”

İndi həmin almalıqda "ALJİR” xatirə-muzey kompleksi yerləşir.

Sovet İttifaqının müxtəlif ərazilərinə səpələnmişyüzllərlə konslagerdən biri olan ALJİR-əcəhənnəmin yer üzündəki episentri deyirdilər. Burda cəza çəkən səkkizmindən çox qadının öz ərlərini və yaxın qohumlarını satmamaqdan başqa heç birgünahı yox idi. Qamışdan yapılmış uzun barakların hər birində 400 nəfərə yaxındustaq qalırdı. İçərinin havası o dəcədə ağır və üfunətli olurdu ki, nəzarətçilərməhbusları saymaq üçün içəri girə bilmir və bu işi dustaqlardan birinə həvaləedirdilər. "Bizi qızıl kimi qoruyur, p.. kimi dəyər verirlər” – deyə məhbuslardanbiri xatırlayırdı”.


Hər fəslin özünə uyğun ağır işləri olsada, müəyyən qrup yay-qış qamış yığmaq üçün Jalanaş gölünün sahillərinəaparılırdı. Qamış yayda yeni baraklar tikmək (dustaq gətirən eşalonlarınard-arası kəsilmirdi, axı), qışda isə həmin barakları qızdırmaq üçün lazım idi.

...Qamış yığmaqdan qayıdan məhbuslarındaşqalağı üç gün idi ki, ara vermirdi. 16-17 saatlıq ağır iş günündən sonragüclə ayaq üstə dayanan ac qadınların yeriməyə taqəti qalmamışdı. BirdənGertruda Plataysın ayağı elə bu daşlardan birinə ilişir və o, üzü üstə yerəyıxılır. Yerdə isə həmin daşlardan nə qədər istəsən var idi. Axı, ağzındadaşqalaq deyirsən. Sifəti təsadüfən budaşlardan birinə toxunan qadın süd qoxusuhuss edir və qoxunun təsirindən məst olaraq onu acgözlüklə ciyərlərinə çəkir.Ürəyinə qəribə bir toxtaqlıq gəlir, mədəsi şirə buraxır. Burnunu bir müddət busehrli daşa sıxıb qalır, onun cazibəsindən ayrıla bilmir. Çölün düzündə səhərədəkbu vəziyyətdə uzanıb qalmaq imkanı olsaydı bəlkə heç ayağa qalxmazdı. Ancaq birneçə dəqiqədən sonra arxadan gələn nəzarətçilərin şillə-təpiklərinə qonaqolmamaq üçün tez özünü ələ alıb ayağa qalxır, qalxanda da daşlardan bir neçəsiningötürüb qoynuna, cibinə soxaraq özüylə baraka gətirir. Səhərədək iyləmək üçün.Barakda həmin daşları görən qoca birqazax məhbus onun daş yox, qurt olduğunu bildirir. Bizim dildə desək – qurut.

Qısa arayış:

Lap qədimdən köçəritürklərin mətbəxində mühüm yer tutan qurut qoyun, keçi, inək, bəzi yerlərdə isəat südündən çalınmış qatıqdan hazırlanır. Qatıqdan süzmə alandan sonra onuduzlayıb bərkiyənə kimi yumrulayır, bir neçə gün günün altında qurudub daşadöndərirlər. Bişmiş quruta isə duz vurmurlar. Sadəcə qaynadıb yumrulayır vəqurudurlar. Qurut nə qədər bərk olsa, bir o qədər keyfiyyətli sayılır, çünki çoxqalır. Bu, köçəri həyat tərzi keçirən insanlar üçün olduqca əlverişli qida məhsuludur.Qurut elə-belə, yəni pendir kimi də yeyilir, ondan şorba da hazırlamaq olur,müxtəlif ət yeməklərinə turşməzə dad vermək üçün ədviyyat kimi də istifadə edilir.Susuzluğu söndürür, ürəkbulanmasının qarşısını alır. Uzaq yola çıxan səyahətçilərinvə zəvvarları arasında da çox populyar qida sayılır. Çingizxanın əsgərləriyürüşə çıxarkən özlərilə 2-3 həftəlik qurut ehtiyatı götürürdülər. Ümumiyyətlə,bu cür gec xarab olan ərzaq məhsullarının hazırlanması köçəri məişətinin əsasınıtəşkil edirdi. At südündən hazırlanan kumısın əsas üstünlüklərindən biri dəonun uzun müddət xarab olmamasıdır. Bu gün dünyanın hər yerində geniş yayılankolbasanı, onun hisə verilmiş, bişmiş və s. müxtəlif növlərini də türklər icadediblər. Maraqlıdır ki, qurut da, köçəri mətbəxinin bu qəbildən olan digər yeməkləridə bütün türk dillərində cüzi səs fərqilə eyni cür adlanır.

Dustaqların"daşqalağı” bir müddətdən sonra formasını dəyişir. Axı, işin üstü hər an açılabilər və nəinki həmin uşaqlar və qocalar, onların zənən xeylağından olan bütün əqrəbalarıda dərhal dönüb trotskiçi olardılar. Baraklardan çimkişib içəri girməyən nəzarətçilərqamışlıqda işləyən məhbusları da uzaqdan güdürdülər. Odur ki, daha sonrakı günlərdəJanaş sakinləri qurutu və gücləri daxilində dişə dəyən nələri vadısa hamısınıgecələr qamışların arasında gizlədirmişlər.

GertrudaPlataysALJİR-i tərk etdiyi illədə yerli sakinlərlə vidalaşmaq belə qoxuluolduğu üçün onun Janaşlılara bir "çox sağ ol” borcu qalmışdı. Ötən əsrin 90-cıillərində o yenidən Akmola gəlir. Təbii ki, cəhənnəmi yenidən görmək üçün yox(xatırladaqki, Qazaxstanın yeni paytaxtı Astana şəhəri bu vilayətdə yerləşir və deyilənəgörə həmin yerlər artıq çox gözəlləşib),borcundan çıxmaq üçün. Minlərlə məhbusunyaşadığı müsibətlərin canlı şahidinin konslagerdə baş verən dəhşətlərhaqqındadanışdığı hekayətin içində bir Qurut dastanı da var idi. Bütün dünya bu dastanıeşitdi və öz süfrələrinin əvəzedilməz neməti olan qurutu totalitarizmlə mübarizəsilahına çevirən Janaş sakinlərinə heyran oldu. "Mən və bir çox məhbusyoldaşlarım məhz qurutun hesabına sağ qaldıq” – Gertruda elə- beləcə dədemişdi.

Əlbəttə, balaca birkəndin özləri də ehtiyacdan əziyyət çəkən sakinlərinin qurut ehtiyatıyla 8 mindənçox dustağın qarnını doyurmaq mümkün deyildi. Məhbusları saxlayan, ölümün pəncəsindənalan həmin uşaqların, onlara artıq dırnaqda yazası olacağım "daşqalaq” əmriniverən qocaların münasibəti oldu. Ətrafdakıların mərhəmət və qayğısından qəlblərindəümid göyərdi. "Kömək edirlərsə, deməli, günahsız bilirlər” – deyə içlərinə birhüzr şökdü. Razılaşın ki, ümidin öldüyü yerdə bu o qədər də az şey deyil. Adamıölüm xofundan da betər sarsıdan mənəvi zərbənin, əslində, mənəvi dəstəkolduğunu anlamaqdan yaranan hisslər... Bundan daha yaxşısı olurmu?!

Gertruda Plataysın hekayətindənsonra yerli məktəblərin birində tarix müəllimi işləyən Raisa Qolubeva yuxarıdabir kupletini tərcümə etdiyimiz şeirini yazır. Qazaxstana sürgün edilən inquşailəsində doğulan Ayşət Malsaqova adlı tanınmış şair onapoema həsr edir. Təəssüf ki, qurutu bütün dünyada məşhurlaşdıran GertrudaPlataysın özü haqqında məlumatlar isə çox azdır. Öyrənə bildiyimiz tək bu olduki, alman qızıdır, Almaniyada doğulub, Moskvada yaşayıb və 1938-ci ildə həbsedilib. Niyə, kimin arvadı və ya qohumuymuş, bax, bu sualların cavabını tapabilmədik.

Nəhayət, son olaraqzarafatyana bir P.S.Keçmiş vaxtlarda Azərbaycanda da çox məşhur olan qurutun mətbəximizdəkirolu zaman keçdikcə azalıb. İndi o dahaçox ölkəmizin qərb regionunda, özü də yarpaq xəngəlinə qatılan ədviyyat kimi məşhurdur.Üstəlik, həmin regionda yaşayan soydaşlarımızın hər on nəfərindən onu xəngəlazarkeşi, elə bir o qədəri də şeir aşiqidir. Ancaq başqaları qurutun şəninəuzun-uzun şeirlər, poemalar yazdıqları halda bizdə allahdansa qoşmadan, gəraylıdan da olsa bir şeyyazılmayıb. Quruthaqqında "qurutsuz xəngəl olmaz” deyimindən başqa heç birpoetik kəlməyə rast gəlməmişəm. Bəlkə də yazılıb, mən bilmirəm. Əgər yazılıbsa,qüsura baxmayın.


TƏQVİM / ARXİV