adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Dekabr 2017 15:27
29698
MARAQLI
A- A+

GÜNÜN AĞLAMALI LƏTİFƏSİ

Avropada bir şəhərdə qəribə bir adət varmış. Sıradan bir adam öləndə kilsə iki dəfə zəng çalarmış. Məşhur adam öləndə üç dəfə, kral öləndə dörd dəfə.

Məhkəmədə heç bir təqsiri olmayan bir nəfərə haqsız yerə çox ağır cəza verirlər.

Kilsə zəngi beş dəfə çalır.

Camaat tökülüb gəlir, keşişdən soruşurlar:

- Adi adam öləndə iki dəfə zəng çalırsız, məşhur öləndə üç dəfə, kral öləndə dörd dəfə. Kim ölüb ki, beş dəfə zəng çalınıb?

Keşiş:

- Bu gün ədalət öldü.