adalet.az header logo
  • Bakı 18°C
18 Dekabr 2017 14:50
21582
MARAQLI
A- A+

Şahzadənin 300 milyon dollarlıq qəsri - Fotolar

Səudiyyə Şahzadəsi dünyanın ən bahalı evi olaraq göstərilən fransız qəsrini 300 milyon dollara alıb.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında çox sayda şahzadə, nazir və yüksək səlalahiyyətli şəxslərin nəzarətə götürüldüyü "sui-istifadə” əməliyyatı ilə dünyanın gündəmindən düşməyən vəliəhd Şahzadə Məhəmməd bin Səlmanın adı, 2015-ci ildə 300 milyon dollara satılan Fransız qəsrini alan şəxs kimi ortaya çıxıb.

Forbes jurnalına görə, "Dünyanın ən bahalı evi”olan Chateau Louis XIV, Versay yaxınlığındakı Louveciennes qəsəbəsində yerləşir.

Qeyd edək ki, qəsrdə 3 min şüşə şərab yığılan yer, kino zalı, açıq və bağlı hovuz, iki yığıncaq salonu, bir gecə klubu, kitabxana və akvarium otağı var.