adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Dekabr 2017 09:52
16440
ELM VƏ TƏHSİL
A- A+

Bakı Ali Neft məktəbi yenə müqavilə imzaladı

Bakı Ali Neft Məktəbi (BANM) və TP Engineering şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə,memoranduma əsasən, Ali Məktəbin tələbələri Avropa, Rusiya və Yaxın şərqdə mühəndislik üzrə xidmətlər göstərən, bu sahədə müxtəlif layihələr həyata keçirən TP Engineering şirkətilə yeni layihələr çərçivəsində əməkdaşlıq edəcək, həmçinin müxtəlif təlimlər keçəcək.

BANM-də keçirilən imzalama mərasimində Ali Məktəbin rəhbərliyi, müəllimləri və tələbələri, TP Engineering şirkətindən isə Baş menecer Rüstəm İsmayılov, Layihə meneceri Arunas kontutis və digər nümayəndələr iştirak edib.

Ali Məktəbin rektoru Elmar Qasımov şirkətin rəhbərliyinə BANM-ə olan böyük marağına və göstərdiyi təşəbbüsə görə təşəkkür edib. Rektor TP Engineering şirkətinin layihələrinin və onun həm mühəndis, həm İT mütəxəssislərindən ibarət heyətinin tələbələrin profesional inkişafında böyük rol oynayacağına əmin olduğunu bildirib.

Tədbirdə Rüstəm İsmayılov BANM və TP Engineering-in nəzərdə tutulmuş gələcək əməkdaşlıq istiqamətlərindən bəhs edən prezentasiya ilə çıxış edib. O şirkətin tələbələr üçün nəzərdə tutduğu 4 mərhələli inkişaf prorqamını təqdim edib. Proqrama əsasən ilkin fazada tələbələrə şirkət tərəfindən seminar və treninqlər keçiriləcək, ikinci fazada tələbələr müxtəlif sistemlərdə problemlərin həlli üzərindən test ediləcək, üçüncü fazada tələbələr müxtəlif transmilli şirkətlərdə təcrübə proqramı keçəcək, sonuncu fazada isə onlar həmin şirkətlərin real layihələri üzərində çalışacaqlar.

Tələbələr təqdimata böyük maraq göstərərək sonda baş menecerə çoxlu suallar ünvanlayıblar. Qeyd edək ki, proqramın növbəti ilin ilk aylarından reallaşdırılması nəzərdə tutulur.