adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Dekabr 2017 18:02
49840
HÜQUQ
A- A+

"Kanal 13"ün rəhbərinə 6 İL HƏBS

Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal 13" internet televiziyasının direktoru Əziz Orucovun məhkəməsi iclası başa çatıb.

Adalet.az-ın xəbərinə görə, prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Ə.Orucovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Ə.Orucov bu il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, onun barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.
Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.(lent.az)