adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

O BİR QAYA

FAİQ QİSMƏTOĞLU
56502 | 2017-12-15 13:29

… 1974-cü ilin istiavqust günlərindən biri. Mən də digər abituriyentlər kimi ADU-nun (indiki BDU) jurnalistikafakültəsinə qəbul imtahanı verirəm. Həddindənçox həyəcanlıyıq. Və bizi binadakı auditoriyaya dəvət edirlər. İlk imtahanAzərbaycan dili və ədəbiyyat fənnindən yazılıimtahandır. Biz yerimizi tuturuq. Mən dəorta yerlərdən birində əyləşirəm. Artıq qəbul imtahanını götürən müəllimlər ağlama,qaralama vərəqlərini bizə paylayırlar. Müəllimlərdən biri orta yaşlı, dolu və köhnəkişilərə bənzəyən bir professordur. Digəri isə ondan nisbətən arıq, bəstəboy birmüəllimdir. Sonradan biləcəyik ki, dolu, qarayanız kişi professor, yazıçı-publisistvə böyük alim Qulu Xəlilovdur. Digəri isə Mirzə Ələkbər Sabirin nəvəsi Qasım müəllimdir.

Artıq mövzu da bəllidir.Mən Nizami Gəncəvinin əsərlərində «Əməkçi insan surətləri» mövzusunu seçirəm. İnşa yazmağa başlamamışdan öncə lezvanıçıxarıb kənara qoyuram ki, səhv eləyəndə pozum. Bəxtim gətirmir. Barmağım lezvayailişir və kəsilir. Özümü itirirəm, barmağımdanaxan qan həm ağlama vərəqin, həm də qaralamanın üzərinə düşür. Bunu görən qarayanız,dolu kişi mənə yaxınlaşır və deyir ki, hələ sən yazı yazmamışdan dünyanı öz qanınabələdin. Bir göz qırpımında qolumdan tutub qonşu otaqdakı tibb işçilərinin yanınaaparır. Onlar barmağımı sarıyırlar və geri qayıdıram. Nə illah eləyirəm, əlim qələmtutmur. Qarayanız kişi yenidən mənə baxırvə dillənir: «Nooldu, niyə başlamırsan? Bəlkə sənin əvəzinə inşanı mən yazacam».

Onun bu sözlərindənsonra həyəcanım bir anın içində itir və əlimə qələmi götürüb yazıya başlayıram.Artıq imtahandan 30 dəqiqə keçib. Və yarım saat içərisində inşanı başa çatdırıbhəmin qarayanız, ortaboylu dolu kişiyə verirəm. O da elə bilir ki, inşanı yazmadan auditoriyanı tərk edirəm.Ancaq görəndə ki, inşanı yazmışam, hər şeydə yerindədir, gülümsəyir və deyir: «Tay mənim sənə sözüm yoxdur».

Yazıimtahanından yüksək qiymət alıram və sonra digər üç imtahandan da yüksək qiymətalıb tələbə adını qazanıram. Sentyabr ayında dərsə başlayanda həmin professoru yenidəngörürəm. Bax, onda o mənə diqqətlə baxır, deyir ki, ay cüvəllağı, sən istedadlıoğlansan, indi çıx danış görüm Hüseyn Caviddən nə bilirsən? Təbii ki, böyük şairvə filosof Hüseyn Cavid poeziyası sonu görünməyənbir ümmana bənzəyir. Və mən də bildiklərimi danışdım. Deyəsən cavabım professorQulu Xəlilovu qane elədi.

ADU-daçox böyük ziyalılar, alimlər, şəxsiyyətlər bizə dərs deyirdi. Mir Cəlal Paşayev,Qulu Xəlilov, Nəsir İmanquliyev, Nurəddin Babayev, Şirməmməd Hüseynov, Şamil Qurbanov…bax, bu böyük insanlar, böyük kişilər bizə düz yol göstərirdilər və biz də bu böyükkişilərin, böyük ziyalıların göstərdiyi yolla gedirdik. Və görürdük ki, bu yol haqqa,ədalətə, işığa doğru gedir… və görürdük ki, bu yol bizi elmin dərinliklərinə aparır…və görürdük ki, bu yol elə də asan deyil… Çünki o yolu getmək, o yolla addımlamaqüçün yuxusuz gecələr keçirməli idin, çoxlu kitab oxumalı idin və gəlib bu böyükalimlərin, bu böyük kişilərin qarşısında əyləşib bildiklərini danışmalı idin. Əgəronları qane eləyə bilsəydin, bax, onda elə bil dünyanın ən varlı adamıydın

QuluXəlilov filologiya fakültəsinin professoru idi. Amma biz onu jurnalistika fakültəsininmüəllimi kimi tanıyırdıq. Auditoriyaya girəndə 90 dəqiqə o qədər şirin, o qədərgözəl danışardı ki, həmin anların necə gəlib keçdiyini hiss eləməzdik. Hiss eləməzdikki, vaxt niyə getmir? Hiss eləyərdik ki, Qulu Xəlilovun danışığından, sözlərindənbal damır. O bizə bu bal mühazirələriyləHüseyn Cavidi sevdirdi, Mikayıl Müşfiqi sevdirdi, Süleyman Rəhimovun nəhəng nəsriniöyrətdi və bizə həm də Azərbaycanın ən dəyərli Sovet dövründə yaşamış yazıçılarınıoxutdurdu. «Oxutdurdu» sözünü ona görə deyirəm ki, o həmişə bizə qarşı çox tələbkar idi. Yəni tələbəyə dərs vaxtı, seminarzamanı güzəşt eləməzdi və bizi qorxudub oxutdurardı. Ancaq imtahan gələndə tamamiləbaşqa bir Qulu Xəlilovu görürdük. Həlim, ürəyiyumşaq və tələbəyə böyük sevgisi olanQulu Xəlilov.

Odeyərdi ki, əgər tələbəni kəsmək istəsəm, Süleyman Rəhimovun «Şamo» romanının hamısınıoxumağı tələb edərəm. Görüm, tələbənin qısa vaxtda onu oxumağa gücü çatacaqmı? Soləlinin ovcunu açıb sağ əliylə oranı döyəcləyə-döyəcləyə bildirərdi: əgər siz HüseynCavidi oxumasanız, Müşfiqi duymasanız, Süleyman Rəhimovdan xəbəriniz olmasa, içinizdəheç vaxt vətənpərvərlik hissi olmaz.

İkincikursda Sovet ədəbiyyatından imtahan verirdik. Dedilər ki, Qulu Xəlilov xəstəxanayadüşüb, başqa bir müəllim imtahan götürəcək. Yanvar ayı idi, qar da yağırdı. Bir də gördük Qulu müəlliməynində qalın palto, boynunda şarf fakültəmizə gəldi. Bax, onda gözümüzə nur, qəlbimizəişıq ələndi. Əyləşib biletləri stolun üstünəqoydu. Elə birinci məni çağırdı. Suallardanüçü də gözəl idi. Hüseyn Cavid və Mikayıl Müşfiq yaradıcılığı düşmüşdü. Danışdım,axırda Qulu müəllim dedi ki, Mikayıl Müşfiqin «Yenə o bağ olaydı» şeirini əzbərbilirsənmi? Təbii ki, şeiri əzbər bilirdim.Və o şeirin birinci misrasından tutmuş sonuncumisrasına qədər dedim. Gördüm Qulu Xəlilova ləzzət elədi. Güldü və dilləndi: «Xəstəxanadavə bura gələndə ürəyim ağrıyırdı. Amma şeiri o qədər gözəl dedin ki, tay ürəyimağrımır. Sənə yağlı bir beş yazıram»…

Ola bilər universitetdə Qulu Xəlilov kimi savadlı, istedadlı alimlər çoxolsun. Amma universitetdə Qulu Xəlilov kimi cəsarətli, sözü adamın üzünə deyən vəAllahdan başqa heç kimdən qorxmayan professor barmaqla sayıla bilər. O adam nə rektordançəkinərdi, nə də Mərkəzi Komitənin məsul işçilərindən. Əgər haqsızlıq görsəydi,ədalətsizlik hiss eləsəydi, vulkan kimi püskürərdi. Və o püskürən vulkanın da qarşısınıheç kim ala bilməzdi…

Bu cür kişilər, bucür cəsarətli ürək sahibləri həmişə haqqı, ədaləti, namusu, qeyrəti hər şeydən üstüntutublar. Onları kimsə əymək istəsə də, sındırmağa çalışsa da, sındıra bilməyiblər.Çünki Qulu Xəlilov elə bir sal qayadı ki, ona heç bir qüvvə təsir göstərə bilməzdi.O ucalıq, o möhkəmlik Qulu Xəlilova bilmirəm kökdən gəlmişdi, qandan gəlmişdi. Ammabir onu bilirəm ki, onun əzəmətli görünüşü, dağdan ağır yerişi, qaya kimi möhkəmiradəsi həmişə bu kişini ucalığa aparırdı. Və bu kişi öz cəsarəti, öz böyük ürəyiilə necə insan olmağı sübut eləmişdi.

O, həyatda çox çətinanlarla üzləşmişdi. Nə az, nə çox, beş-altı dəfə ağır cərrahiyyə əməliyyatı keçirmişdi.Və biz Qulu Xəlilovun «Yaşamaq istəyirəm» povestini oxumuşduq. Və povest bizə hərcür çətinlikdən, hər cür əzab-əziyyətdən çıxmağın yolunu göstərirdi. Qulu müəlliminbu povesti məşhur amerika yazıçısı Cek Londonun «Həyat eşqi» hekayəsinə çox yaxındı.Çünki bu hekayədə də insan ölümlə mübarizə aparır. Çalışır, vuruşur, əziyyəti vəəzabı hesabına sağ qalır. Amma digər dostu ona xəyanət etdiyinə və mübarizə aparabilmədiyinə görə canavarlara yem olur…

Professor Qulu Xəlilovyazıçıların «Bakı Soveti» (indiki «İçərişəhər») metrosunun yaxınlığındakı binasındayaşayırdı. Bir gün bizə dedi ki, hazırlaşın, sizi bağıma aparacam. Orda bir balacaiş görəcəyik. Qırmızı rəngli «Jiquli»si vardı. Tələbə dostlarımdan Rəhman Salmanlı,Şünasib Məmmədov, Loğman Rəşidzadə və rəhmətlik Qismət Babayev maşına əyləşib onunŞağandakı bağına getdik. İşləməmişdən qabaq yaxşı bir hinduşqanı doğradıq, kababçəkdik. Araq da vardı. Uşaqlar yeməyə necə girişdisə, bir də gördük ki, günortadankeçib. Beli əlimizə alıb yeri qazaraq ağacı basdırmaq istəyəndə bir leysan yağışbaşladı ki, gəl görəsən. Qulu müəllim güldü, dedi ki, bax, burda da sizin bəxtinizgətirdi. Gəlin keçin içəri, ağac əkmək qalsın başqa vaxta. Bir sözlə, bizim bağtəəssüratımız belə bir sonluqla bitdi…

Hər dəfə Qulu Xəlilovauditoriyaya girəndə bizi təəccübləndirərdi. Təbii ki, biz çox istedadlı alimlər,müəllimlər, ziyalılar görmüşdük. Və biz onu da görmüşdük ki, elə də savadı olmayanmüəllim biz tələbələrin başına olmazın müsibətini gətirir. İncidir və «iki» yazmaqüçün bəhanə axtarırdı. Ancaq qıraqdan gələn müəllimlər fakültənin dekanı ŞirməmmədHüseynovdan çəkinirdilər. Yəni Şirməmməd müəllim biləndə ki, kənardan gələn müəlimtələbəyə qarşı qərəzçilik edib, haqqını tapdalayıb, bax, onda aləm bir-birinə qarışardı.Şirməmməd müəllim kafedradan başqa müəllim gətirdərdi, yenidən imtahan götürdərdi.Və həmin imtahandan da bizim tələbə yoldaşlarımız yüksək qiymət alardılar. ŞirməmmədHüseynov da ədazıllıq eləyən, tələbənin haqqını tapdalayan müəllimi fakültədən qovardı.

Qulu müəllim də həmişə savadlı, istedadlı tələbənin yanında olardı. Yadımdadırki, bir müddət o, filologiya fakültəsində dekan vəzifəsini icra etdi. Bax, ondaQulu Xəlilovun «Ədəbiyyat və incəsənət» qəzetində çox möhtəşəm bir məqaləsi çapedildi: «Dekan dekan olsa…» Qulu müəllim bu yazısıyla tələbənin hüquqlarını qorudu.Və dedi ki, mən müəllimi tələbənin, tələbəni də müəllimin ayağına vermərəm. Hansıədalətli, haqlıysa, onun tərəfində duraram. Elə-belə də hərəkət elədi.

Professor Qulu Xəlilov kəndə, elə-obaya, Azərbaycanın gözəlliklərinəçox bağlı bir ziyalıydı. O, kənddən, dağdan, meşədən, bulaqdan, çaylardan, göllərdən,yamaclardan… danışanda həmişə gözləri dolardı. Gözləri dolardı və o qədər gözəldanışardı ki, biz onun söhbətini eşidəndə o söhbətin şirinliyində, qanadlarındaxatırladığı yerlərdə özümüzü hiss eləyərdik. Və hiss eləyərdik ki, hansısa dağıntəmiz havasını uduruq… hansısa meşənin sərinliyini hiss edirik,.. hansısa bulağındiş göynədən suyunu içirik…

Bax, əsl alimlik,əsl ziyalılıq, əsl müəllimlik bu idi. O, özünü sevdirməyi bacardı… o minlərlə tələbəsininqəlbinin sahillərinə adını yazdırmağı bacardı… o, bizə kişi kimi yaşamağı, mübarizəaparmağı və lazım gələndə ölümdən qorxmamağı öyrətdi. Və buna görə həmişə böyükalim və professor Qulu Xəlilovun ruhuna dualar oxuyuruq.

Yazımızın əvvəlindəqeyd elədik ki, Qulu Xəlilov dağ vüqarlı, qaya əzəmətli bir kişiydi. Və o gələndəelə bilirdik ki, dünyanın ən ağayana, ən sanballı, ən cəsarətli kişisi gəlir. O,qayaları sevirdi, o, dağları sevirdi, o, bağları sevirdi… Və dünyasını dəyişəndədə elə sevdiyi o qayaların, o Şağanın qəbiristanlığında dəfn edildi. O məzarı görməmişəm.Amma Qulu Xəlilov mənim kimi minlərlə tələbəsinin ürəyində özünün çox əzəmətli vəböyük abidəsini ucaldıb. O abidə ki, onu heç vaxt nə zamanın fırtınası, zəlzələsi,nə də hər hansı bir təbii fəlakəti uçura bilməyəcək. Çünki Qulu Xəlilov kimi böyükziyalılar, böyük alimlər və cəsarətli kişilər həmişə bu xalqın, bu millətin tarixindəyaşayacaq və çoxlarına örnək olacaq. Kişiliyi, cəsarəti, elmi, mədəniyyəti və vətənpərvərliyiQulu Xəlilov kimi böyük ziyalılardan öyrənmək olar.


TƏQVİM / ARXİV