“Qarabağ”ın hazırlıq planı məlum oldu
"Qarabağ”ın qış fasiləsindəkı hazırlıq planı müəyyənləşib.
Bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Onun sözlərinə görə, digər klublar kimi "Qarabağ” da bu qış Antalyaya üz tutacaq. Komanda yanvarın 9-da Türkiyəyə yollanacaq.
Qurban Qurbanovun komandası fevralın 4-nə kimi qardaş ölkədə təlim-məşq toplanışında olacaq. 25 günlük hazırlıq prosesi çərçivəsində "Qarabağ”ın 5 və ya 6 yoxlama oyunu keçirəcəyi gözlənilir. Rəqiblər bilinsə də, bəzi detallar dəqiqləşmədiyindən adları hələlik açıqlanmır. İlk yoxlama matçının ayın 17-də keçiriləcəyi nəzərdə tutulub.
Yaxın günlərdə klubdan hazırlıq planı ilə bağlı rəsmi açıqlama veriləcək.
Digər Xəbərlər
19 Aprel 2024 18:19
FHN-in qurumları arasında tennis çempionatı yekunlaşdı
19 Aprel 2024 13:35“Onsuz da oyunları azı 3000 adam izləyir”
18 Aprel 2024 18:45“Qalatasaray” İkardinin alternativini Fransada tapıb
18 Aprel 2024 18:00Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb
18 Aprel 2024 12:03