adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
14 Dekabr 2017 11:25
11991
İDMAN
A- A+

Ronaldodan növbəti rekord

"Real"ın futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.

Adalet.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, klublararası dünya çempionatı tarixinin ən yaxşı bombardiri olub. Portuqaliyalı hücumçu sözügedən turnirin yarımfinalında dünən keçirilən "Əl-Cazira"ya qarşı matçda fərqlənərək klublararası dünya çempionatında vurduğu qolların sayını 6-ya yüksəldib.

Bununla da Ronaldo Lionel Messi, Luis Suares, Sesar Delqadonu (5 qol) geridə qoyaraq ən yaxşı bombardir olub.

Qeyd edək ki, "Əl-Cazira" - "Real" matçı Madrid klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.