adalet.az header logo
  • Bakı 18°C
13 Dekabr 2017 16:17
9435
GÜNDƏM
A- A+

“Azəriqaz”ın 2 milyondan çox abonenti var

2017-ci ilin yanvar-noyabr ayları ərzində SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 80 458 yeni abonent qeydiyyata alınıb ki, bunun da 42 336-ı Bakı, Abşeron və Sumqayıt, 38 122-i isə regionlar üzrədir.

"Azəriqaz" İstehsalat Birliyindən Adalet.az-a verilən məlumata görə, bununlada ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 085 225-ə çatıb.

Onu da qeyd edək ki, 01 dekabr 2017-ci il tarixə olan məlumata görə qeyri-əhali sektoru üzrə 464 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.