adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
13 Dekabr 2017 16:13
8638
GÜNDƏM
A- A+

Arif Rəhimzadə təkzib etdi: “O vəzifəyə qoyulan şəxs mənim oğlum deyil”

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Müşahidə Şurasına sədr və üzvlər təyin edilib.

Bəzi KİV-lər Müşahidə Şurasının sədri vəzifəsinə təyinat alan Rəhimov Murad Arif oğlunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin oğlu kimi təqdim edib.

Arif Rəhimzadə bununla bağlıModern.az-a açıqlamasında xəbəri təkzib edib. "Təyinat alan həmin şəxs mənim oğlum deyil, media yanlış məlumat yayıb”.