adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Dekabr 2017 16:09
4261
GÜNDƏM
A- A+

Silahlı Qüvvələrdə qanunların icrasına prokurorluq nəzarət edəcək

Silahlı Qüvvələrdə qanunların icrasına nəzarəti prokurorluq orqanları həyata keçiriəcək.

Bu barədə "Silahlı Qüvvələr haqqında” yeni hazırlanmış qanun layihəsində qeyd edilib.

Belə ki, yeni qanun layihəsinin 15-ci maddəsinin (Silahlı Qüvvələrin fəaliyyətinə nəzarət) 15.3-cü bəndində qeyd edilib ki, Prokurorluq orqanları Silahlı Qüvvələrdə qanunların icrasına nəzarəti qanunla müəyyən edilmiş hallarda və qaydada həyata keçirəcək.

Qeyd edək ki, yeni hazırlanan qanun layihəsi Milli Məclisin dekabrın 15-də keçriləcək iclasında II oxunuşda müzakirə ediləcək.