ANA SƏHİFƏ / HÜQUQ

Fədayə Laçın ev dustaqlığına buraxılmadı - YENİLƏNİB

30113    |   2017-12-13 12:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə Fədayə Laçının özü də iştirak edib.

Məhkəmə ev dustaqlığına buraxılmaqla bağlə vəsatəti təmin etməyib.

***

Məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Məmmədovanın ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət üzrə məhkəmə prosesi başlayıb.

Vəsatətə Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılır. Proses jurnalistlər üçün qapalı keçirilir. Prosesdə F.Laçın iştirak edir.

Qeyd edək ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Qaçan məhbuslardan Ə.Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E.Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri F.Laçındır. F.Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində də həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.(modern.az)




İmza:
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK