adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 Dekabr 2017 10:50
14982
İDMAN
A- A+

Rəşad Sadıqov Azərbaycan millisinə baş məşqçi təyin edildi

Azərbaycan yığmalarında yeni təyinatlar açıqlanıb. 

Adalet.az-ın AFFA-ın rəsmi saytına istinadən məlumatına görə, 2018-ci ildən aşağı yaş qrupu üzrə millilərdə çalışacaq mütəxəssislər müəyyənləşib.

U-20 və U-21 millisinə "Qarabağ”ın kapitanı, eləcə də klubun U-19 komandasının baş məşqçisi Rəşad Sadıqov təyin edilib.

Bundan əlavə, Vüqar Məmməd U-19, Zaur Həşimov U-18, Ramin Quliyev isə U-17-yə gətirilib.

Təyinatlarla yanaşı, 2 yaş qrupu üzrə yığma da yaradılıb. Bunlar U-20 və U-18 komandalarıdı. Hər iki yığmanın funksiyası bir yaş yuxarı milliyə oyunçular yetişdirmək olacaq.