adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Dekabr 2017 17:30
8393
GÜNDƏM
A- A+

40 min Azərbaycan vətəndaşına Türkiyədə yaşamaq icazəsi verilib

Son 13 il ərzində 589 473 nəfər xarici vətəndaşa Türkiyədə yaşamaq üçün icazə verilib. "APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə TürkiyəDaxili İşlər NazirliyiBaş Miqrasiya İdarəsinin məlumatında deyilir.

2015-ci ildə 178 964 nəfər xarici vətəndaşa yaşayış üçün icazə verildiyi halda, 2016-cı ilin sonuna bu rəqəm 461 217 təşkil edib.

Ümumilikdə, 2005-2016-cı illər ərzində 55 983İraq, 48 738Suriya, 39 184 Azərbaycan, 24 253 Türkmənistan, 21 006 Rusiya vətəndaşı Türkiyədə yaşayış izni alıb.