ANA SƏHİFƏ / TEXNOLOGİYA

WhatsApp yeni funksiyaları sınaqdan keçirir

9503    |   2017-12-12 16:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

WhatsApp Android platformalı telefonlara yeni funksiyalar əlavə etməyi planlaşdırır.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni funksiya ilə əngəllənən WhatsApp istifadəçilərini blokdan çıxarmaq daha da asanlaşacaq.

Kontakt siyahısındakı bloklanan istifadəçinin adının üzərinə klikləyib saxlamaqla "əngəlləməni qaldır” seçimini edib, onunla yenidən əlaqə qurmaq mümkün olacaq.

"Dəvət et” funksiyası

Hazırda İOS platformalı telefonlar tərəfindən dəstəklənən "link ilə dəvət et” funksiyası android platformalı telefonlarda da tətbiq olunacaq. Artıq hər hansısa istifadəçini üzv olduğunuz qrupa əlavə etmək üçün link yollamaqla kifayətlənə bilərsiniz.

Başqa bir funksiya isə administrator parametrləri ilə bağlıdır. Belə ki, WhatsApp qrup administratorları üzvlərə qrup məlumatlarını dəyişmək üçün icazə verə biləcəklər.

Ən maraqlı funksiyalardan biri isə odur ki, WhatsApp vasitəsilə əlaqə yaratmaq üçün əplikeyşn açıq olduqda telefonu bir dəfə "tərpətmək” kifayətdir.

Qeyd edək ki, bu xüsusiyyətlər həm İOS, həm də android platformalı telefonlar tərəfindən dəstəklənəcək.




İmza:
SON XƏBƏRLƏR
2018-01-23
2018-01-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK