adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Dekabr 2017 16:31
17916
DÜNYA
A- A+

Suriya və İraqdakı uşaqlarla bağlı STATİSTİKA - 16 yaşadək 390 uşaq var

Suriya və İraqda "terrorçu aktivliyi” zonalarında ilkin məlumatlara görə, 390 qazaxıstanlı uşaq var, onların bir hissəsi yaxın zamanlarda ölkəyə qaytarılacaq.

Trend-in məlumatına görə, bunu Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Nurqali Bilisbekov deyib.

Onun sözlərinə görə, 63 uşaq geri qaytarılıb, daha 50 uşağın isə yaxın zamanlarda qayıdacağı gözlənilir: "Hazırda Suriya və İraqda 16 yaşadək 390 uşaq var – 214 oğlan və 176 qız”.

N.Bilisbekov əlavə edib ki, bu rəqəmlər tam dəqiq olmaya bilər, çünki döyüş bölgələrində də qazaxıstanlılar var və onların hamısının sağ qalmasının təminatı yoxdur.