adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
12 Dekabr 2017 16:26
16947
İDMAN
A- A+

Türk futbolunun centilmenliyi

Futbol üzrə Türkiyənin aşağı divizya komandalarından "Bucaspor”la "Kastamonuspor” matçında yaşıl meydanlarda nadir rastlanan hadisə yaşandı.

Oyunun 88-ci dəqiqəsində "Bucaspor” qapıçısı Mert zədələndiyinə görə futbolçular topu meydandan çıxartdılar. Ancaq "Kastamonuspor klubunun oyunçusu Youssef autdan gələn topu "Bucaspora qaytarmaq əvəzinə topa zərbə endirdi, top da tora qovuşdu. Hakim qolu qeydə alərkən hesab1-1 oldu və ara qarışdı. "Bucasporlu futbolçular və məşqçilər heyəti "Kastamonusporlu futbolçulara reaksiya göstərdi. Uzun sürən mübahisələr nəticəsində matç 5 dəqiqə sonra yenidən başladı. Daha sonra 90-cı dəqiqədə "Bucaspora qol vuran Youssef bu dəfə topu öz qapısına vurdu.

Hadisəylə bağlı "Kastamonuspor” prezidenti Metehan Babaş bunları dedi: "Matçın başa çatmasına bir neçə dəqiqə qala oyunçumuz apardığı mübarizə sonrası yerdə qaldı. Bu anda top rəqibimizdə idi. Rəqibimiz bir centlimenlik nümunəsi göstərdi və topu auta atdı. Autdan topu meydana daxil etdik. Topu rəqibimizə vermək istəyərkən xətayla qolu vurduq. O anda məşqçilərimiz oyunçu dəyişkliyi üçün hazırlıq edərkən vəziyyətdən xəbərsiz qaldı. Belə qazanacağımız xal ya da xallarla keçmişi uğurlarla dolu camiəmizə və Kastamonululara yaraşamayacağı düşüncəsiylə qolu vuran futbolçudan "öz qapımıza qol vuraraq vəziyyəti düzəltməsini” istədim. "Kastamonu”nu Süper Liqada təmsil etmə hədəfiylə çıxdığımız yolda bundan əvvəl olduğu kimi bundan sonra da fair-play ruhunun hər zaman öncəliyimiz olacağının, bizə işıq tutmağa davam edəcəyinin bilinməsini istiyirəm.”