adalet.az header logo
  • Bakı 20°C
05 Dekabr 2017 17:02
3357
SAĞLAMLIQ
A- A+

“Sağlam Təbiət” layihəsi başa çatdı

Gənclər Fondunun maliyyə və "İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən ”Sağlam Təbiət” layihəsi başa çatdı.

Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi Tubu Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihədə əsas məqsəd gənclərin ekoloji biliklərini genişləndirmək, ekologiya və yaşıl iqtisadiyyat sahələrinə marağı artırmaq, gənclərin "yaşıl fəaliyyət”-ini stimullaşdırmaq və gənclərin fəaliyyətinə motivasiya vermək olub.

Layihənin 1-ci günü Malik Bağırovun”TOT” (Təbiətdən oğurlanmış texnologiyalar) təlimi keçirilib. Təlim çox maraqlı anlarla yadda qalıb və gənclərin marağına səbəb olan faktlar ortaya çıxıb. Təlimdən dərhal sonra "TOT” oyunu keçirilib. Oyunda gənclər 5 komandaya bölünüb və hər komanda ayrı ayrılıqda suallara cavab tapıb.

Layihənin 2-ci günü Turanə Nuriyevanın "Davamlı İnkişaf” təlimi keçirilib. Təlim sırasında maraqlı oyunlar keçirilib, EkoTeatr adlı praktiki sessiya olub.

Layihənin 3-cü günündə iştirakçıların komanda halında hazırladıqları start up yarışması olub. Sonda isə "Ekoloji problemlər gənclərin gözündə" adlı rəsm sərgisi keçirilib.

"Sağlam Təbiət” layihəsi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən layihə idi. Layihədə ümumilikdə 30 gənc iştirak edib. Sonda layihə iştirakçıları şəhatərnamə ilə təltif ediliblər.