adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Dekabr 2017 14:49
11152
GÜNDƏM
A- A+

İctimai Birlik tədbir keçirdi

"Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə dekabr ayının 4, 5, 6, 7 –də Bərdə, Ağcabədi, Tərtər, Goranboy rayonlarında gənc sahibkarların marketinq rəqabətinin artırılması mövzusunda tədbir keçirmişdir. 

Təşkilat sədri Etibar Əsədov bildirib ki, 2004-cü ildən etibarən "Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafi” Dövlət Proqramı həyata keçirilir. Aradan keçən müddət ərzində proqramdan irəli gələn bir sıra işlər görülməş və nəticə etibarilə yeni dövlət proqramları həyata keçirilir.

 E.Əsədov deyir ki, bu proqramda regionların inkişafına komseptual yanaşma mövcuddur ələlxüsus da gənc sahibkarların marketinq rəqabətinin artırılmasına xüsusi diqqət yetirilir. Ancaq bütün bunlara baxmayaraq sahibkarlar bizneslərini qurmaq üçun biznes-planın hazırlanması işlərini yetərincə tərtib edə bilmirlər. Bir çox hallarda biznes-planın qurulmasına bacaran şəxslər yetərincə çatışmır: "Müəyyən qism sahibkarın isə biznes-plan haqqında anlayışı yoxdur. Müasir dünyada biznes-plan müəssisənin uğur qazanmasında əsas amil olduğu halda bəzi biznes sahibləri bu məsələyə elə də diqqət yetirmirlər. Bir çox hallarda işin gedişi prosesində ortaya çıxan problemlərin çoxusu məhz biznes-planın tərtib edilməməsindən ortaya çıxır. Regionlarda sahibkarlar üçün biznes-planın əhəmiyyətini açıqlamaq və onları maarifləndirmək bu gün olduqca aktualdır. Gənc sahibkarların marketinq rəqabətinin hazırlanmasında informasiya texnologiyalarının rolunu artırmaq da bu gün vacib əhəmiyyət kəsb edir”. Digər çıxış edən Əzimov Umud biznesin inkişafından danışıb. Bildirib ki, biznesinizin inkişafına nail olmaq üçün gəlirlər çıxarları üstələməlidir. Digər çıxış edən Elçin Əliyev gənc sahibkarların marketinq rəqabətinin artırılması məsələlərinə toxunub.