adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
12 Dekabr 2017 14:28
4091
HADİSƏ
A- A+

Gəlinini güllələyən qayınata polisə təslim olub

Dekabrın 11-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidmalik Məmmədov ailə münaqişəsi zəminində ov tüfəngindən açdığı atəşlə gəlini Aysel Məmmədovanı qətlə yetirib.

Adalet.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları profilaktik tədbirlər nəticəsində S.Məmmədov könüllü olaraq Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə gələrək istintaqa təslim olub.

Hadisəni törədərkən S.Məmmədovun istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ-16” markalı ov tüfəngi hadisə yerindən götürülüb.
Araşdırma aparılır.