adalet.az header logo
  • Bakı 18°C

Aqil ABBAS:TOPLAMADIQCA QUCAQ-QUCAQ PAMBIĞI

AQİL ABBAS
68140 | 2017-12-13 10:00

ƏlimdəStatistika Komitəsinin pambıq tədarükü iləbağlı bir cədvəli var. 22 rayon bu il pambıqəkib. Baxıram, onun yalnız 7-si əkin sahələrindən 20 sentnerdən artıq pambıqgötürüb: Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad və Tərtər.Və ölkə üzrə 136.413 hektardan 200.000 tonadək hələ ki pambıq tədarük olunub. Bu da təxminən hektardan 16 sentner məhsul deməkdi. Təbii ki, məhsuldarlığın aşağıdüşməsində havaların əlverişsiz keçməsi dəmühüm rol oynayır. Amma bunu təkcə havaların üstünə yıxmaq olmaz. Deməli, həm əkin zamanı, həm becərmə zamanı, həm də yığım zamanıxeyli nöqsanlara yol verilib.

70-80-ci illərdəölkə üzrə pambıq planı təxminən sentyabrın 25-26-da yerinə yetirilirdi. Məhsuldarlıq da 35 sentnerdən heç vaxtaşağı duşməzdi. Hələ ayrı-ayrı rayonlar vardı ki, 40-45 sentner məhsul tədarük edirdi. Pambıqçılıq üzrə böyük bir mütəxəssis ordusu yaranmışdı.

Uzun müddət pambıqçılıqdan ayrı düşdük. Bu mütəxəssislər dəyaşlandılar, rəhmətə gedənlər oldu, əkilmədiyiüçün pambıqdan küsənlər oldu, məcbur olub başqa sahələri seçdilərvə sair və ilaxır.

Pambıqçılığın inkişafıtəkcə Kənd Təsərrüfatının inkişafı deməkdeyil. Təkcə kəndlinin yenidən torpağa bağlanması, işlə təmin olunması deməkdeyil. Pambıqçılıq həm də sənayenin inkişafı deməkdi. Bunun tədarükü var, emalı var, əyrilməsi var, toxunmasıvar, bu da on minlərlə insanın sənaye bölgəsində işlə təmin olunması deməkdi. Mən hələ dövlətə gətiriləcək valyutanı qoyuram bir kənara.Ən azı dövlət öz valyutasını xaricə çıxarıb pambıqdan istehsal olunan məhsulları almağa sərf etməyəcək.

Pambıq həm də hərbisənayedə çox istifadə olunan strateji bitkilərdən biridi. Bəlkə də heç çox adam bilmir ki, barıt da pambıqdan alınır.

Çiyidindən həm pambıqyağı alınır (Özbəkistanda məişətdə ən çox istifadə olunan yağlardan biridi), həmdə heyvandarlıqda qüvvətli yem sayılır. Pambığın çöpündən mebel istehsaletmək mümkündü. Hələ Sovetlər dönəmində pambıq çöpündən mebel istehsal etmək üçün Sov.İKP MK Özbəkistanda və Azərbaycanda belə fabriklərin tikintisinə qərar vermişdi. O vaxt özbəklər tikdi, amma Azərbaycan bu məsələdə gecikdi, əslindəMoskva onu qəsdən gecikdirdi. Özü də bu məsələ ilə məşğul olacaq Meşə Təsərrüfatınaziri Əyriyanın əli ilə. Mən demirəm, erməni olduğuna görə elədi, hər halda elədi.

Azərbaycanda kağızistehsal edəcək fabrik yoxdu. Çünki meşələrimizazdı. Məcbur olub kağızı od qiymətinə Rusiyadan,bir az da Türkiyədən alırıq. Pambıq kolunun oduncağından da kağız istehsal eləməkmümkündü. Fikirləşin, əgər 100 min ton pambıq istehsal eləmişiksə, təxminən15-20 milyon ton da bunun çöpü eləyir.

Yəni pambıq bu qədər qiymətli strateji bir bitkidi.

Və əgər pambıqçılığa diqqət artırsaq 136.000 hektar əkin sahəsindənoynaya-oynaya 400-450 min ton məhsul istehsal eləyə bilərik.

Möhtərəm Prezidentimizİlham Əliyev pambıqçılığın inkişafı ilə bağlı müvafiq sərəncamlar imzala yıb və artıq bu sahədə xeyli iş görülüb. Amma bukifayət deyil. Kənd Təsərrüfatı Nazirliyi, eləcə də pambıqçılıq rayonlarının rəhbərləribu sərəncamdan irəli gələn vəzifələri layiqincəyerinə yetirsələr, yuxarıda qeyd etdiyimiz rəqəmi almaq elə də çətin deyil. Xüsusilədə mütəxəssislərin yetişdirilməsinə ciddi yanaşılmalıdı. Özü də təkcə ali təhsilmütəxəssisləri deyil, həm də orta təhsilmütəxəssisləri. Bu sahə ilə məşğul olacaq peşə məktəblərinin də sayı artırılmalıdır.

Pambığın kəndlilərdənsatın alma qiymətinin artırılması da bu sahənininkişafında mühüm rol oynaya bilər.

Pambıqçılığın inkişafıeyni zamanda nəinki kənddən şəhərə axının qarşısını alar, əksinə, şəhərdən kəndə yeni biraxının başlanmasına rəvac verər. Bu həm də 200 minə qədər insanındaimi iş yeri ilə təmin olunması deməkdivə bəlkə də daha çox.

Sonda bir məsələni də qeyd edim.136 min hektarda pambıq əkmişik. Azərbaycanda isə cəmi 320 pambıqyığanmaşın var. Bir pambıqyığan maşına təxminən430 hektar sahə düşür. Amma bu texnikanın gücü bir mövsümdə çətin ki 200 hektarı keçə bilsin.Yerdə qalanı, deməli, əllə yığılmalıdı ki, bu da böyük zəhmət tələb edir, həm dəişçi tələb edir. Eləcə də məhsul yığımınıngecikməsinə, məhsuldarlığın, həm dəməhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

Kənd TəsərrüfatıNazirliyi növbəti il üçün bu məsələyə xüsusi diqqət yetirməlidir. Belə olduğu halda,pambıq yığımı dekabrın 20-dək davam etməz, elə oktyabrın ortalarınadək başa çatar.


TƏQVİM / ARXİV