ANATOLİ BANİŞEVSKİ ADINA STADİON

NİCAT NOVRUZOĞLU
53099 | 2017-12-12 14:10

«Qol.az»ın baş redaktoruAydın Bağırov çox maraqlı bir təkliflə çıxışedib. Məsələ qaldırıb ki, Bakıdakı stadionlardan birinə Azərbaycan futbolunun dünyacaünlü futbolçusu Anatoli Banişevskinin adı verilsin. Banişevskini tanıtmağa ehtiyac yoxdur, o, öz adını futbol tariximizə,özü də təkcə Azərbaycan futbolunun tarixinə deyil, dünya futbolu tarixinə qızıl hərflərlə yazıb.

Banişevskinin adını başqa cür də əbədiləşdirmək mümkündü. Sovetlərdönəmində «Fedotov klubu» deyilən bir klubvardı, sovet futbolunda ilk dəfə Fedotovadlı bir futbolçu 100-dən artıqqol vurduğuna görə bu klubu onun şərəfinə yaratmışdılar. 100-dən artıq qol vuranlar bu kluba düşürdü.Yəni birfəxri ad idi. Azərbaycandan isə yalnızAnatoli Banişevski bu fəxri ada layiq görülmüşdü. Yəni ölkə çempionatında 100-dən artıq qol vurmuşdu.

İndi bombardirlərüçün də belə bir «Banişevski klubu» yaratmaqolar.

Banişevskininkimliyi barədə də bir misal.

Sovetlər dönəmində minik avtomobili almaq çox çətin idi.Bəzən illərlə növbəyə durmalı olurdun. Bir akademikin «Volqa»növbəsi çatırmış. Ali Sovetin sədri Məmməd İsgəndərov həmin «Volqa»nı növbəsizAnatoli Banişevskə bağışlayır.

Akademik İsgəndərovunyanına şikayətə gedir. Və tələb edir ki,«Volqa»nı ona versinlər. Və deyir ki, kimdi ey bu uşaq ki mənim maşınımıona verirsiz.

İsgəndərov onu sakitləşdirib soruşur:

- Braziliyanın Kommunist Partiyasınınkatibi kimdi?

- Bilmirəm.

- Braziliyanın AliSovetinin sədri kimdi?

- Bilmirəm.

- Braziliyanın Nazirlər Sovetininsədri kimdi?

- Mən nə bilim ey.

- Akademiksiniz,deyə bilərsinizmi Braziliyada Elmlər Akademiyasının prezidenti kimdi?

- Yox, onu da bilmirəm.

- Yəni o boydaBraziliyadan bir adam tanımırsıınız?

- Niyə tanımıram?Pele!

İsgəndərov gülübdeyir:

- Ay yoldaş akademik,Banişevski də bizim Pelemizdi də.

Akademik qalxır ayağa:

- Məni yaxşı yola verdin, halal xoşu olsun.

Gəlin biz də stadionlardan birinə Azərbaycanın Pelesi Anatoli Banişevskinin adını bağışlayaq.Halal xoşu olsun!


TƏQVİM / ARXİV