adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
12 Dekabr 2017 12:45
19868
MARAQLI
A- A+

Hara aparır bizi bu qatar!

Hamımız o qatardayıq... Dünyaya gələrkən mindiyimiz qatarda anamız və atamızla tanış olduq. O vaxtlar onların həmişə bizimlə səyahət edəcəklərini sanırdıq. Ancaq...

Stansiyaların birində qatardan düşəcək və bizi bu yolda tək qoyacaqlardı. Zamanla qatara başqaları da mindi. Və bizim üçün çox önəmli idilər.

Qardaşlarımız, bacılarımız, dostlarımız, hətta həyatımızın eşqi...

Bir çoxu arxalarında böyük boşluq buraxaraq qatardan düşmüşdülər.

Kimsinin də boşluğu o qədər fərq edilməz olmuşdur ki, yerlərinin boşaldığını belə fərq edə bilməmişdik.

Bu qatar səyahəti, nəşə, kədər, xəyallar, gözləntilər.

Salamlar, Xudafizləşmələrlə və vidalarla doludur.

Burada uğur bütün yolçularla yaxşı münasibətdə olmaqdır. Bunun üçün də əlimizdən gələnin ən yaxşısını etməliyik.
Ancaq... Hamımızın qarşı-qarşıya olduğumuz bir müəmma var...

Heç birimiz hansı stansiyada düşəcəyimizi bilmirik!

Buna görə də ən yaxşı şəkildə yaşamalı, ən yaxşı şəkildə sevməli, bağışlamağı bacarmalı, olduğumuzun ən yaxşısını göstərməliyik.

Burası çox vacibdir! Çünki qatardan düşüb də yerlərimizi boş buraxdığımızda, həyat qatarında səyahətə davam edəcək olanlarda gözəl xatirələr buraxmalıyıq. Eləysə həyat qatarında sizə yaxşı yol arzulayıram.

Həə, unutmadan... Şəxsən qatardan bu yaxınlarda düşməyə heç niyyətim yoxdu. Yenə də ola bilsin ki, düşdüm... Sizinlə səyahət bir zövqdü. Yaxşı ki qatara minmisiniz!