adalet.az header logo
  • Bakı 21°C
12 Dekabr 2017 11:05
5939
MƏMLƏKƏT
A- A+

Bakı-Sumqayıt-Bakı qatarlarına əlavə heyət qoşulur

Dekabr ayının 11-dən 15-dək (15-i daxil olmaqla) Bakıdan saat 18.30-da yola düşən 6013 nömrəli, Sumqayıtdan saat 07.45-də yola düşən 6006 nömrəli Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşulacaq.

Bu barədə Modern.az-a "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

O qeyd edib ki, məqsəd Bakı-Sumqayıt-Bakı istiqamətində sərnişin sıxlığının tənzimlənməsidir:

"Qatarlar birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir”.