adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Dekabr 2017 10:48
9716
MƏMLƏKƏT
A- A+

117 əcnəbi Naxçıvanda yaşamaq üçün müraciət edib

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər ötən ay ərzində də davam etdirilib.

Adalet.az-ın məlumatına görə, noyabr ayında xidmət tərəfindən muxtar respublikada olma və yaşama qaydalarına əməl etmədən mövcud qanunvericiliyin tələblərini pozmuş 21 əcnəbi aşkarlanıb.

Onlardan 19-u barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərketmə, 2-si barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib.

Ümumilikdə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 637 müraciət daxil olub. Bu müraciətlərdən 117-si əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır.

Müraciətlər ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və mü- vafiq qərarlar qəbul edilib.