adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Dekabr 2017 15:41
271177
DÜNYA
A- A+

Saakaşvili: “Prezidentin necə öləcəyini göstərəcəm”

Mixail Saakaşvili onu həbsxanaya qaytaracaqları təqdirdə yenidən aclıq aksiyasına başlayacağını deyib.

Adalet.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, məhkəmə zalında 2 dövlət himnini də ifa edib.

"Mən qorxmuram. Mən prezidentin necə işləyəcəyini göstərdiyim kimi, onun necə öləcəyini də göstərəcəm. Əgər məni həbsxanaya qaytarsalar, sona qədər aclıq edəcəm. Amma heç də hər kəs bu qətlin necə baş verdiyini bilməyəcək”.

O, ölsə də, Ukrayna xalqında azadlıq eşqini heç kəsin söndürə bilməyəcəyini deyib.(modern.az)