adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
11 Dekabr 2017 15:22
11348
GÜNDƏM
A- A+

XALİD KAZIMLININ HEÇ DÜNYADAN XƏBƏRİ YOXMUŞ

Bu Xalid Kazımlını mən savadlı, dünyagörüşlü, ensiklopedik biliyə malik bir jurnalist kimi tanıyırdım. Heç demə, bunun dünyadan xəbəri yoxmuş. O gün Qüds məsələsi ilə bağlı ərəblər haqqında götürüb yazıb ki: «22 dövlət, bir millət». Dünyada 22 ərəb dövləti var, Xalid bəy? Sən Suriyanı, İraqı, Fələstini, Yəməni, Tunisi, Liviyanı, Livanı, Küveyti, Qətəri dövlət sayırsan? Küveytlə Qətər layihə dövlətləridi, Sinqapur kimi. Əlcəzairlə Mərakeş buğda yeyib behiştdən çıxıblar. O birilər də ki it onların günündə, onlar da it günündə.

Fələstində, Suriyada, İraqda, Qəzzədə on minlərlə uşaq acından qırılır, başqa bir ərəb dövlətində şeyxlər qızıl unitaza pəşo edirlər. Liviyada, Yəməndə, Suriyada, at gəldi örkən apardı, yaşamağa bir salamat bina qalmayıb, başqa bir ərəb dövlətində min neçə metrlik bina tikib fors edirlər.

Keçmişdə, gərək ki, Ramiz Rövşənin bir hekayəsi vardı, əsir almanları aparırlar, bugünki suriyalıların günündədilər, baxanlardan biri deyir: «Bu nemeslər o nemeslərdən deyil».

Qaqa, indi bu ərəblər o ərəblərdən deyil ey, çetvyortıy sort ərəblərdi. Vısşıy sort ərəblər darıxanda gəlirlər Azərbaycanda ov eləməyə, tulalarına və tərlanlarına ayrı təyyarə tuturlar. Qüds onlar üçün maraqlı deyil. Onların qibləsi Vaşinqtondu.