adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Dekabr 2017 15:05
9917
GÜNDƏM
A- A+

DÜNYA MÜHARİBƏSİNİN QAŞI-GÖZÜ OLUR?

Neçə müddətdi Üçüncü dünya müharibəsi gedir. Əfqanıstanda, Pakistanda, Pakistanla Hindistan arasında, Türkiyə-PKK, Türkiyə-İŞİD, Türkiyə-YPG arasında, ABŞ-la Rusiya Suriya poliqonunda, Rusiya ilə NATO yenə Suriya poliqonunda, İraqda, Suriyada, İsrail Fələstin arasında, İsrail Suriya arasında, İsrail İran arasında (Suriya poliqonunda), Liviyada, Yəməndə, Səudiyyə Ərəbistanı-İran Yəmən poliqonunda, Somalidə, Sudanda, Myanmadı-nədi, o xarabada, Çində uyğurlarla çinlilər arasında, ABŞ-la Şimali Koreya da savaşın bir addımlığında, Gürcüstanda, Moldovada, Qarabağda, Ukraynada, orda da ABŞ-la Rusiya Ukrayna poliqonunda savaşır. Day saymaqdan yoruldum. Üçüncü dünya müharibəsinin qaşı-gözü olur?

İndi də Tramp daha böyük bir bombanın fitilini yandırdı.

Səlib yürüşü yüz il çəkmişdi. İndi də bir səlib yürüşü başlayıb, təxminən 90-cı ildən. Görək, bu nə qədər çəkəcək?

Deyəsən, qurban olduğum da day bezib bu dünyadan əlini çəkib.