adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Dekabr 2017 15:01
19823
SİYASƏT
A- A+

GÖRƏN BU, MƏMMƏDYAROVLA NALBANDYANIN NEÇƏNCİ ŞƏKLİDİ?

Adamın heç doğmaları ilə bir belə şəkli yoxdur ki, Məmmədyarovla Nalbandyanın var. Avropada, Rusiyada, day şəkil çəkdirmək üçün getdikləri şəhər, kənd qalmayıb. Hər şəkil çəkdirəndən sonra da bəyanat verirlər ki, bir addım da irəlilədik.

Rəhmətlik Vəfa Quluzadə hər görüşdən sonra deyirdi ki, Qarabağa bir addım da irəlilədik. Mən də hərdən hesablayıb yazırdım ki, Vəfa müəllim, sizin sözünüzdən belə çıxır ki, biz artıq Ağdam Ət Kombinatının yanındayıq.

Məmmədyarovla Nalbandyanın çəkdirdikləri şəkillərdən sonra, impotent ATƏT-in həmsədrlərinin bəyanatından sonra belə qərara gəlmişəm ki, əşi, Ət Kombinatını çoxdan keçmişik ey, artıq İmarətə çatmışıq. Bir azdan «Qarabağ» Avropa klublarını İmarətdə qəbul edəcək.