adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Dekabr 2017 10:49
10900
HADİSƏ
A- A+

Gənc oğlan metroda qatar relsinə yıxıldı

Bakıda gənc oğlan metroda qatar relsinin üzərinə yıxılıb.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, hadisə "İçərişəhər" stansiyasında baş verib:

"Hadisə bu gün səhər saat 08.41-də "Həzi Aslanov" - "İçərişəhər" xəttində 1 saylı marşrut üzrə hərəkət edən qatar stansiyaya daxil olarkən baş verib. 2000-ci il təvəllüdlü Nuriyev Nicat İntiqam oğlunun ayağı dolaşıb və o, relslərin üzərinə yıxılıb. Xoşbəxtlikdən o, heç bir xəsarət almayıb, çünki maşinist qatarı vaxtında saxlaya bilib”