ANA SƏHİFƏ / HÜQUQ

Vəkillər Kollegiyasına sənəd qəbulu bərpa edilir

88286    |   2017-12-09 18:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Vəkillər Kollegiyasının Rəyasət Heyəti "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun tələbinə uyğun olaraq, Vəkillər Kollegiyasına qəbul olunmaq üçün sənəd qəbulunu bərpa edir.

Bu barədə Kollegiyadan məlumat verilib.

Məlumatda bildirilir ki, Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunmaq üçün 2016-cı ildə sənəd vermiş şəxslərin ərizələrinin Vəkilliyə Sənəd Qəbulu Komissiyasında təsdiq etmələri zəruridir.

Sənədlər Vəkillər Kollegiyası Rəyasət Heyətinin binasında, Bakı şəhəri, Səməd Vurğun küçəsi, 48 ünvanında 2017-ci il dekabr ayının 11-dən 2018-ci ilin yanvar ayının 11-dək bazar və bayram günləri istisna olmaqla hər gün saat 09:30-dan 18:00-dək, şənbə günləri isə saat 10:00-dan 13:00-dək qəbul edilir.

Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edə bilərlər:

1. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;

2. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;

3. Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;

4. Əmək kitabçasının notariat qaydada və ya iş yerində təsdiq edilmiş surəti;

5. Əqli cəhətdən sağlamlıq barədə tibbi arayış;

6. 3x4 sm və 4x6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil;

7. Kadrların şəxsi məlumat vərəqəsi;

8. Tərcümeyi hal.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin əlaqə telefonları: 596-32-71, 594-14-95.

Vəkilliyə test imtahanının keçirilməsi barədə əlavə məlumat veriləcək.




İmza:
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK