adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
08 Dekabr 2017 16:53
20781
ELM VƏ TƏHSİL
A- A+

Fərhad Bədəlbəylidən UNEC kollektivi üçün unudulmaz gün

Görkəmli pianoçu, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasınınrektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında UNEC kollektivi üçün xüsusi konsert proqramı ilə çıxış edib.

Adalet.az xəbər verir ki, konsertdən öncə UNEC-in rektoru, professorƏdalət Muradov Azərbaycan musiqi sənətini, milli ifaçılıq məktəbini zənginləşdirən, onun ənənələrini davam etdirən canlı korifey Fərhad Bədəlbəyliyə UNEC kollektivinə göstərdiyi bu diqqətə görə təşəkkürünü bildirib.

Konsertdə xalq artistini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət SimfonikOrkestri müşayiət edib.Konsertin ikinci hissəsində F.Bədəlbəyli ilə birgə pianoçu,xalq artisti Murad Adıgözəlzadə də çıxış edib.Xalq artisti Yalçın Adıgözəlov və gənc dirijor Fuadİbrahimovun bədii rəhbərliyi ilə reallaşan konsertdə Corc Qerşvinin və Sergey Raxmaninovun əsrləri səsləndirilib.

UNEC-in professor, müəllim və tələbəheyəti konsert proqramından böyük təəssüratla ayrılıblar.