SÜNNƏT VƏ ŞƏRAB

FAİQ QİSMƏTOĞLU
61892 | 2017-12-08 18:16

… Hər bir isnanınürəyində, qəlbində arzusu olur. Onun ilkarzusu belədir: övladlarının kiçik toyunu görsün, sonra da Allah möhlət versə, böyüktoylarını eləsin! Allah hamıya xeyir iş qismət eləsin və bütün qapıları həmişə toy-düyündöysün. Belə olanda insanların qəlbi sevinir,xoş gunlərini, xoşbəxt anlarını başqalarıyla bölüşür. Kim istəməz ki, balasına toyelsin? Əlbəttə, bunlar hamısı çox gözəl, çox da yadda qalan anlardı…

Qarabağda sünnəttoyları çox ağır keçir. Özü də düşünsək ki, indi camaatın dolanışığı bir o qədərdə yaxşı deyil, bax, onda sünnət toylarında toy eləyənlərin və daha doğrusu, kirvəolanların nələr çəkdiyini biz tərəfin adamları daha yaxşı bilir. Aydındır ki, kirvəliyində çox ağır şərtləri var: ilk növbədə toyu olan uşaqlara əyin-başdan tutmuş, qızılaqədər almalısan. Ailədə bütün insanlara hədiyyəverilməlidir. Hətta sünnəti olan oğlanın atasına da qızıl hədiyyə olunmalıdır. Toygünü isə vəziyyət bir qədər də ağırlaşır. Çünki kirvə toy qapısını ən azı 25-30kiloqram çəkisi olan erkək aparmalıdır. O erkəyin də boğazına qırmızı lent bağlanmalıvə kirvə qapısına çoxlu sayda adam getməlidir. Toy başlayanda isə vəziyyət bir azda çətinləşir: tamada həm toy sahibini, həm də kirvəni toyxananın ortasına dəvəteləyir. Başlayır o ki, var hər iki qohumu tərif eləməyə. Bu tərif də elə-belə olmur.Tərifdən sonra həm toy sahibi, həm də kirvətamadaya, müğənnilərə, çalğıçılara və video çəkilişi aparanlara «şirinlik» verməlidir.Və bu «şirinlik»də kirvə özünü nə qədər sıxsa, yenə ən azından 100 manatdan çoxpulu çıxacaq…

Ordan sonra gəliruşağın dəllək tərəfindən kəsilmə mərasiminə. Bax, burda əsl həngamə başlayır: kirvəyenə əlini cibinə salmalı, dəlləyə 20 manat, uşağınsa qucağına 50-100 manat pul atmalıdır. Və bundan sonra «külpulu» deyilən anlar başlayır. O biri qohumlar da kirvənin dalınca otağa girib dəlləyə10 manat, uşağınsa qucağına 20 manat pul atmalıdır. Əgər bir kimsə o pulu atmasa,ətrafdakılar ona elə tamaşa edir ki, sanki dəvə nalbəndə baxır. Yəni aradan sivişibçıxmaq istəyən adam başqalarının nəzərləri altında olur. Və bu adamlar da o dəqiqəsıxılır, utanırlar. Məcbur olub əlini cibinəsalmalısan, cibindən nə çıxsa, bir az dəlləyə, bir az da uşağa verməlisən. Vay ogündən ki, cibindən bir şey çıxmaya və sən də qızara-qızara qalasan. Allah bu anıheç kəsə, heç kimə müəəssər eləməsin.

… Dəhşətli anlarisə nəmər yazılmaq vaxtı baş verir. Bax,gərək onda kirvənin cibi pula dolu olsun ki, o da təzə qohumun yanında utanıb qızarmasın.Vay o gündən ki, kirvə kasıb ola və cibində də siçanlar oynaya. Bax, onda kirvənin nələr çəkdiyini onun özündən başqa qohum-əqrabasıda yaxşı bilir. Bir balaca babat imkanı olan kirvə o sünnət toyuna ən azı 200 manatpul yazdırmalıdır.

… Axıra yaxın isətəzə sünnət olan uşaqların müğənni tərəfindən tərifi başlayır. Bu tərif də elə-beləolmur ha, gərək bu tərifə əməlli-başlı pul xərcləyəsən. Və əməlli-başlı pul da göydəngəlib düşmür. O pulu yazıq kirvə hansı çətinliklə, hansı əzab-əziyyətlə qazanır,onu özündən yaxşı bilən yoxdur. Amma nə fərqi, girmisən oyuna, islanmışın yağışdanqorxusu olmayan kimi, sən də pulun yoxluğundan qorxmalı deyilsən. Cibini açmalısanvə pulu xəzəl kimi səpməlisən. İnşallah, arxasını Allah yetirər...

Sizi bilmirəm, şəxsənbiz tərəfdə hər kişinin işi deyil ki, indiki bahalıq və qıtlıq şəraitində kirvəliyiboynuna alsın. Çünki kirvəliyi boynuna aldınsa, ən azından sənin iki-üç min manatpulun çıxmalıdır. Bu pul da indiki çətin zəmanədə hər adamda tapılan deyil. Mənimözümə dəfələrlə kirvəlik təklif olunub. Demişəm qardaş, Allah mübarək elsin, mənkirvə ola bilmərəm. Əgər kirvə olmaq istəyirsənsə, bax, qardaşım Elxan durur, getyapış onun ətəyindən. O da aşağı baxıb, yuxarı baxıb, deyib ki, axı Elxanın uşaqlarınınkirvəsi rəhmətlik Seyid Əli Ağaydı. İndi mən durum o yekəlikdə kişidən sonra qardaşındanyapışım? Və toy eləyən də gedib yapışıb başqa bir imkanlı adamın ətəyindən. Və başqabir imkanlı adam da sinəsini qabağa verib kirvəlik eləyib…

Vallah,bizim millətin işi Allaha qalıb. A kişinin oğlanları, heç avropalılar böyük toylarını bizim kiçik toylar kimi təmtəraqlıeləmirlər. Bəs onda bizə nə düşüb ki, gözümüzü yumub elə hara gəldi qaçırıq? Vəbilmirik ki, bu qaçhaqaç bizi sonda hansı uçuruma doğru aparacaq. Və bu qaçhaqaçola bilsin sünnət toyunda kimisə müflis də eləyə bilər. Amma bunların bizim kəndə heç bir dəxli yoxdur. Maşallah, gündəolmasa da, toy mövsümündə həftədə bir dəfə kənddə, elə Bakının özündə qohum-əqrabasünnət toyu eləyir. Heç fikirləşən yoxdu ki, toy eləyənin böyük toyuna beş-altıil bundan qabaq camaat gedib və yaxşı da pul yazıdırıblar. Ay rəhmətliyin oğlu,indi sənin canına nə düşüb ki, uşaqlarının üç-dörd yaşı var, partapart sünnət eləyirsən.

Onuda başa düşürük ey, kimsə ev almaq istəyir, kimsə maşın almaq arzusundadı, kimsədə köhnə maşını satıb təzəsini almaq istəyir. Gərək bu məsələləri çətin gündə, Allahsənin köməyin olsun, qohum-əqrabanın hesabına eləyəsən?

Dekabrın7-də qardaşım Elxanla rəhmətlik yeznəm Teyyub müəllimin Sumqayıtda yas məclisinəgedirdik. Maşında da qardaşımla yanaşı, arxada iki bacım, qardaşımın həyat yoldaşıvə bir də mənim həyat yoldaşım əyləşmişdi. Birdən elə oldu ki, qardaşım Elxan soruşduki, müəllim, bu sünnət toyu nə deməkdir? Müsəlmançılıq əlaməti deyilmi? Təbii ki,mən də onun sualına cavab olaraq bildirdim ki, müsəlmançılığın əsas əlamətlərindənbiri sünnət eləməkdir. Yəni sünnət müsəlmançılığa gedən ilk yoldur. Onda qardaşımqayıdıb ikinci sualı mənə ünvanladı: Bəs bu necə müsəlmançılıqdı ki, sünnət toyundaaraq, çaxır, şampan, konyak verirlər?

Sözündüzü, burda kəkələyə-kəkələyə qaldım və bilmədim qardaşıma necə cavab verim? Axıdoğurdan da müsəlmançılıq hara, araq-çaxır hara? Axı, müqəddəs kitabımız olan «Qurani-Kərim»dədüz 3 yerdə şərab içmək müsəlmana haram buyrulub. Axı, biz bir az da heç müsəlmana oxşamırıq. Çünki «avropalaşmışıq».İndiyə kimi yadımdadır ki, ötən əsrin 60-70-ci illərdə, lap elə 80-ci illərin əvvəllərindəBəhmənlidə nəinki sünnət toylarında, heç böyük toylarda belə spirtli içki verilmirdi.Görünür, onda biz Allaha və müsəlmançılığa daha yaxın imişik. Amma elə ki, məcburiköçkünlük dövrü başladı, yəni camaatımız torpağımız işğal olunandan sonra ora-burasəpələndi, bax, onda onlar bəzi pis adətləri Bəhmənliyə gətirdilər. Şəxsən Bəhmənlidəmən kiçik toyları demirəm, böyük toylarda araq-çaxır vermək 1994-cü ilin yazındanbaşlandı. Hətta toylarda bəy maşına oturaraqqız evinə getdi. Hansı ki, bizim kənddə əvvəllər belə şey yox idi. Görünür,qloballaşma, müasirləşmə dalğası gəlib bizim kəndi də tutub.

İndi ha desəm ki,a bəhmənlilər, sünnət toyunuzda, böyük toylarınızda araq-çaxır verməyin, bax, ondacamaat məni daş-qalaq eləməsələr də, çoxları qınayaycaq. Və deyəcəklər ki, bu Qismətkişinin oğlu Faiq özündən yeni hoqqa çıxarır, bizim toylarımıza əl uzadır. Ona görədə mən bunu demirəm və heç kəsə də məsləhət vermək fikrim yoxdu. Çünki bu millət,bu xalq heç vaxt ağıllı insanların, ziyalıların sözünə qulaq asmayıb. Ancaq birdingilimfıs, ya da qarabağlıların təbirincə demiş olsaq, dəmşalaq bir adam çıxıbbir söz deyib və çoxları da onu alqışlayıb.

Düzdür, Bakıda eləadamlar var ki, sünnət toylarında araq vermirlər və yaxşı da eləyirlər. Amma bizimcamaat elə şeyləri heç də vecinə alan deyil. Çünki maşallah, camaatın imkanı lapyaxşıdır və yanaqlarından da yağ damır. İndi bizim kənddə böyük toydan çox sünnəteləmək daha çox dəbə minib. Bir-iki gün bundan qabaq yaxın qohumlarımızdan birininövladlarına elədiyi kiçik toy məclisində iştirak elədik. Sən demə, başqa qohum-əqraba da bu toya baxıbböyük həvəsə düşüb. Məsələn, yaxın qohumlarımdan bir-ikisi qardaşım Elxana kəddən dəvətnamə göndəriblər.Ki, bəs səni nəvəm filankəsin kiçik toyuna dəvət eləyirik.

Və nə yaxşı ki, Allahkömək olmuşlar, mənə dəvətnamə göndərməyiblər. Mənə dəvətnamə göndərsəydilər, qalacaqdımcanımla əlləşə-əlləşə. Tay qardaşım Elxan nə vaxta qədər toylarda mənim adımdannəmər yazıdıracaq? Təsəvvür edin, o gın qohumlarımızdan birinin övladının kiçik toy məclisi idi. QardaşımElxanla həmin toyda oturmuşduq. Gördüm ki, bu toyun da pulunu o yazdıracaq, sözündüzü utandım və aradan çıxıb xəlvətcə nəməriyazdırıb qutuya atdım. Sonra da qardaşım bunu biləndə əsəbləşdi. Dedi ki, nolmuşdu,qaçhaqaçıydı, sənin pulunu mən yazdıracaqdım da! Mən də bir az sıxıldım və sonra da dedim ki, ay qardaş,sən nə qədər mənim adıma nəmər yazdıracaqsan? Tay səni görəndə utandığımdan qaçıbgizlənmək istəyirəm.

Əlqərəz, kiçik toy eləyənlərə Allah insaf versin! Biz demirikkimsə nəvəsinə, övladına kiçik toy eləməsin. Allah hamının balasına kiçik toy da,böyük toy da qismət eləsin! Gərək sən də kiçik toy eləyəndə düşünəsən ki, o dəvtənaməniverdiyin adam sevinəcək, yoxsa qanı qaralacaq? Və bir də ay rəhmətliyin uşaqları,adam bir dəfə salam verdiyi insana dəvətnaməgöndərər? Əgər övladına kiçik toy eləyirsənsə, 50-60 nəfəri yığ başına, nə qədəristəyirsən şadyanalıq elə!

Mənim bir oğlum var.Ona kiçik toy eləməmişəm. Heç nəvəmin də kiçik toyu olmayıb. Mən olmuşam, qudamolub və bir də qızımla yeznəm. Bizdən başqa heç kəs o mərasimdə iştirak etməyib.Bundan gözəl nə ola bilər? Gəlin, bir balaca bu kiçik toylar barəsində düşünək.Düşünək ki, axı, bu qohum-əqraba da yazıqdı. İndi dolanışıq çətinləşib. Heç olmasa,bu kiçik toya yaxınlarımızı çağıraq. Və yadları dəvət edib qanlarını qaraltmayaq.Bu yazıya görə, kiçik toy eləmək istəyən adamlar yəqin məni qınayacaqlar. Kiçiktoy eləyirsən, özü də toyda şərab verirsən. Məgər bu müsəlmançılıqdı?!..


TƏQVİM / ARXİV